CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kəmalə Ağazadə:” Qaraçıların əlində olan uşaqlarla bağlı araşdırma aparılmalıdır”

© Photo : Facebook / kamalya.aqazadeAzərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə
Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə - Sputnik Azərbaycan
Abunə olmaq
İctimai fəal:” Bu hadisə cəmiyyət üçün SOS siqnalı olmalıdır”

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 iyun - Sputnik. Uşaq oğurluğu Azərbaycanda tez-tez qeydə alınan kriminal hadisələr sırasında olmasa da, Sabunçu rayonunda baş verən hadisə cəmiyyətdə narahatlıq yaradıb. 3 yaşlı Zəhranın oğurlandıqdan sonra hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən dilənərkən tapılması, azyaşlılara qarşı diqqətli davranmağın vacibliyini bir daha xatırlatdı. Uşaq oğurluqları ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, bu tip hadisələr əsasən valideyn məsuliyyətsizliyi üzündən baş verir:

Balaca Zəhra atası Rəsul Bağırzadəyə təhvil verilib - Sputnik Azərbaycan
HADİSƏ
DİN 3 yaşlı Zəhranın oğurlanması ilə bağlı məlumat yaydı - FOTO

”Azərbaycanda uşaq oğurluqlarına çox nadir hallarda rast gəlinir. Amma biz hansısa uşağın itkin düşməsi barədə məlumatlara tez-tes rast gəlirik. Uşaqların qaraçılar tərəfindən qaçırılması halları da mövcuddur. Fikrimcə, qaraçıların uşaq qaçırması uşaqların həyatına təhlükə kimi qiymətləndirilməli, onların kompakt yaşadığı yerlər aşkarlanmalı, bu istiqamətdə hüquq-mühafizə orqanları tərəfindən mübarizə tədbirləri aparılmalıdır. Bu hadisə cəmiyyət üçün SOS siqnalı olmalıdır. Hazırda qaraçıların əlində olan uşaqlarla bağlı araşdırma aparılmalıdır. Təcrübə göstərir ki, onlar əksər hallarda xüsusi qayğıya ehtiyacı olan, valideyn himəyəsində olsa da baxımsız qalan uşaqları hədəf seçirlər. Bəzən, valideynlərin özləri tərəfindən uşaqlar belə cinayətkar qruplara “icarə”yə verilir. Biz Azərbaycan Uşaqlar Birliyi olaraq dəfələrlə bu məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət ünvanlamışıq. Qanunda valideynlərin vəzifəsi, məsuliyyəti öz əksini tapıb. Öz valideynlik vəzifəsinin öhdəsindən gəlməyənlər bu hüquqdan məhrum edilməlidirlər”. 

Xəbər lenti
0