09:38 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
CƏMİYYƏT
Qısa URL
34 0 0

Əflatun Amaşov: "Fransada Ana dili normalarının pozulmasına görə böyük cərimə nəzərdə tutulur"

BAKI, 6 oktyabr — Sputnik. "Monitorinqlər zamanı duyru işarələrinin, xüsusən vergülün işlədilməsində daha çox problemlərin olduğu üzə çıxıb. Problemləri aradan qaldırmaq üçün bir neçə addımın atılması vacibdir".

Sputnik Azərbaycan xəbər verir ki, bu gün "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda keçirilən konfransda, Mətbuat Şurasının sədri Əflatun Amaşov belə deyib. Onun sözlərinə görə, bu gün media orqanlarının yaradılması üçün hər hansı maneə yoxdur.

"Ona görə də indiki halda media yaradanların üzərinə daha böyük məsuliyyət qoyulmalıdır. Mətbuatda Ana dilindən istifadə sahəsində nöqsanlara son qoyulmalıdır. Qanunvericilik tələblərinə riayət edilməsinə də xüsusi diqqət yetirilməlidir" — Amaşov bildirib.

"Məsələn, Fransada Ana dili normalarının pozulmasına görə böyük cərimə nəzərdə tutulur. Bunu Azərbaycanda da tətbiq etmək olar" — o, əlavə edib.

Əlaqədar

Yüksək rütbəli məmur dövlət dilini pis bildiyinə görə cərimə olundu
Türk dilinin dünyadakı yeri məlum oldu
Azərbaycan dilinə ən çox divan tutan telekanal bəlli oldu
Fərid Hüseyn: “Müasir şeir dilimizin xalq dilinə köklənməsi yaxşı əlamətdir”
Teqlər:
ədəbi dil, ana dili, Əflatun Amaşov, Azərbaycan

Əsas mövzular