CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ana dilinin normalarını pozanlar cərimə edilməlidir"

© Sputnik / Murad OrujovMətbuat Şurasının sədri Əflatun Amaşov
Mətbuat Şurasının sədri Əflatun Amaşov - Sputnik Azərbaycan
Abunə olmaq
Əflatun Amaşov: "Fransada Ana dili normalarının pozulmasına görə böyük cərimə nəzərdə tutulur"

BAKI, 6 oktyabr — Sputnik. "Monitorinqlər zamanı duyru işarələrinin, xüsusən vergülün işlədilməsində daha çox problemlərin olduğu üzə çıxıb. Problemləri aradan qaldırmaq üçün bir neçə addımın atılması vacibdir".

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli - Sputnik Azərbaycan
CƏMİYYƏT
MTRŞ sədri: "Efirdən ləhcə ilə danışmaq olmaz"

Sputnik Azərbaycan xəbər verir ki, bu gün "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda keçirilən konfransda, Mətbuat Şurasının sədri Əflatun Amaşov belə deyib. Onun sözlərinə görə, bu gün media orqanlarının yaradılması üçün hər hansı maneə yoxdur.

"Ona görə də indiki halda media yaradanların üzərinə daha böyük məsuliyyət qoyulmalıdır. Mətbuatda Ana dilindən istifadə sahəsində nöqsanlara son qoyulmalıdır. Qanunvericilik tələblərinə riayət edilməsinə də xüsusi diqqət yetirilməlidir" — Amaşov bildirib.

"Məsələn, Fransada Ana dili normalarının pozulmasına görə böyük cərimə nəzərdə tutulur. Bunu Azərbaycanda da tətbiq etmək olar" — o, əlavə edib.

Xəbər lenti
0