14:04 22 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Lionel Messi Çili yığmasına qarşı oyundakı məğlubiyyətdən sonra

Messi toy edir: 260 təyyarə qonaq gələcək

© REUTERS / Ricardo Moraes
CƏMİYYƏT
Qısa URL
7710

300-ə yaxın polis, sabah şəhərin mərkəzində ciddi təhlükəsizlik tədbirləri görəcək

BAKI, 29 iyun — Sputnik. Dünyanın 1 nömrəli futbolçusu, hazırda "Barcelona" forması geyinən Lionel Messi uzun illərdir bərabər yaşadığı, iki övladının anası olan Antonella Rokkuzo ilə evlənir. Artıq toya son hazırlıqlar görülür. Sputnik Azərbaycan "Sport"-a istinadən xəbər verir ki, futbolçunun anadan olduğu Rosario şəhərində sabah təşkil olunacaq toy mərasiminə dünyanın müxtəlif ölkələrindən qonaqlar gələcək.

İspaniya mətbuatı yazır ki, "ilin toyu" üçün dəvətlilər 260 şəxsi təyyarə ilə Rosarioya yollanacaq. Artıq dünən 12 şəxsi təyyarə toyun keçiriləcəyi şəhərə eniş edib.

Qonaqlar arasında Argentina millisinin üzvləri Serxio Aquero, Pablo Zabaleta və Ezekyel Lavezzi də var. Bu gün isə Xavi Ernandes, Serxio Buskets, Xordi Alba, Luis Suares və Neymar kimi oyunçuların da şəhərə təşrif buyurmaları gözlənilir.

Bundan başqa, 300-ə yaxın polis, sabah şəhərin mərkəzində ciddi təhlükəsizlik tədbirləri görəcək. Toy mərasimini dünyanın fərqli ölkələrindən gələn 150 media təmsilçisi işıqlandıracaq.

Əlaqədar

Messi Argentina yığmasını tərk etdi
Messi astronomik məbləğə bu kluba transfer ediləcək
Lionel Messi beşinci dəfə “Qızıl top”la təltif olunub
Messinin meydanlara qayıdacağı tarix açıqlanıb
Teqlər:
"Barcelona", Xavi Ernandes, Antonella Rokkuzo, Serxio Buskets, Serxio Aquero, Neymar, Lionel Messi, Rosario şəhəri, Argentina

Əsas mövzular