17:03 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
35832

Dövlət azuşaqlı ailələrin öz uşaqlarının sayını artırmasında maraqlıdır

BAKI, 10 apr — Sputnik. Dövlət Statistika Komitəsi (DSK) həyacanverici statistika açıqlayıb. Belə ki, 2014-cü ildə Azərbaycanda doğum ardıcıllığına görə, yeni doğulan 4509 uşaq ailədə 4-cü, 1222 uşaq isə ailədə 5-ci uşaq olub. 2015-ci ildə 4404 uşaq ailədə 4-cü, 1108 uşaq isə 5-ci uşaq olub. Bu, o deməkdir ki, zaman keçdikcə ailələr daha az uşaq istəyir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib ki, əgər belə tendensiya davam edərsə, əhalinin növbəti siyahıyaalınmasında bu fərq bir qədər də kəskinləşə bilər: "Bu azalma bütövlükdə dünyaya gələn uşaqların sayı ilə izah olunur. Yaxşı olar ki, valideynlər tək uşaq böyütməkdən qaçsınlar".

Komitə rəsmisi çoxuşaqlı ailələrə verilən dövlət yardımını da diqqətə çatdırıb: "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, ünvanlı sosial yardım almaq hüququ olan ailələr, bir yaşınadək uşağa görə müavinət ala bilər. Beşdən çox uşaq doğub tərbiyə edən qadınlar, uşaqların sağ olması şərti ilə və axırıncı uşaq bir yaşına çatdıqda hər uşağa görə 30 manat müavinət ala bilər".

Bəzən nəyisə təhlil etməyə, baş sındırmağa ehtiyac qalmır. Çünki verilən informasiyanın içərisində özünün şərhi də, detalları da, səbəb-nəticə əlaqələri də yer alır. Elə bu rəsmi şəxsin açıqlamasında olduğu kimi.

Deməli, qiymətlərin üzü yuxarı dırmandığı (deyirlər, "Azərsun" endirib — ha-ha), rəsmilərin "yaxşı olacaq, bir az dözün" etirafında bulunduqları, üstəlik ümumdünya maliyyə böhranı (deputatlarımız belə deyirlər —?) yaşandığı bir zamanda sosial yardım ala bilmək üçün neyləməliyik? İsti-isti 5-ni əkib-doğandan sonra "Ya bismillah" deyib girişməliyik növbətilərə. Zarafat deyil, 30 manat söhbəti var. 5+3=8, o da edir 240 manat (30x8). Babat məbləğ deməkdir — minimum əməkhaqqından 2.2 dəfə çox…

Sputnik Azərbaycan-da yayımlanan bir araşdırmanı xatırladım. Bakıda fəaliyyət göstərən özəl tibb müəssisələrində doğum paketlərinin qiymətləri açıqlanmışdı. Orada qeyd olunurdu ki, paytaxtdakı tibb müəssisələrində mama-ginekoloq xidmətlərinin qiyməti 1000 manatdan başlayır. Və belə davam edir:

"Caspian International Hospital-dan verilən məlumata görə, bu gün onların xəstəxanasında adi doğuşun qiyməti 1200 manata yaxındır. Qeysəriyyə əməliyyatının qiyməti isə 1500 manatdır. Bu, klinika tərəfindən təyin edilmiş orta qiymətdir. Amma hamiləliyi müşahidə edən və doğuşun ağırlıq dərəcəsini qiymətləndirən həkimin rəyindən asılı olaraq qiymətlər dəyişə bilər. Həmin vəsaiti isə mütləq klinikaya ödəmək lazımdır.

Baku Medical Plaza klinikalar şəbəkəsində doğuşun qiyməti 1010 manatdan, qeysəriyyə əməliyyatının qiyməti isə 1210 manatdan başlayır. Leyla Şıxlinskaya Klinikasında doğumun və qeysəriyyə əməliyyatının qiymətlərini pasientə baxan həkim təyin edir. Burada təbii yolla doğuşun qiyməti 1000 manat, qeysəriyyə isə 1250 manatdır".

Bütün bunlar sadəcə doğuş qiymətləridir. Yəni, doğuşaqədərki dava-dərman, UZİ-analiz, nə bilim xəstəxana qapılarındakı 5-10-lar nəzərdə tutulmayıb, ha! Bu qiymətlərə uşağın dünyaya gəlməsindən sonrakı — ilk pampersindən tutmuş ilk məktəb çantasına, məktəb direktorunun ad günündən tutmuş ali məktəbə sənəd vermək üçün imtahan qiymətlərinədək (və sair) xərclər də daxil deyil.

Bu arada, 13.03.2017-ci il tarixdə saytımızda "3 uşağı olan ailəyə hər ay 450 manat ödəniləcək" başlıqlı xəbər işıq üzü görmüşdü. Orada yazılırdı:

"Rusiya Dövlət Dumasına analıq kapitalı (hamiləliyə və doğuma görə verilən müavinət) ilə birlikdə ailələrin dəstəklənməsi üçün daha çevik sistemin yaradılması təklif edilib. Belə bir təşəbbüslə Dumanın Əmək, sosial siyasət və veteranların işləri üzrə Komitəsinin üzvü Sergey Vostretsov və Milli Valideyn Komitəsinin sədri İrina Volınets çıxış edib.

Layihə müəlliflərinin fikrincə, analıq kapitalı sistemi özünü doğrultmayıb. Bununla birlikdə, doğma və övladlığa götürülmüş uşaqların həddi-buluğa çatmasına qədər təminatı üçün aylıq müavinətlərin verilməsi təklif edilir: 1 uşaq üçün 3 min, 2 uşaq üçün 8 min, 3 uşaq üçün 15 min rubl (təqribən 445 manat).

"Analıq kapitalı kimi psevdodəstək tədbirləri aradan qaldırılmalı, insanlara konkret pul təklif olunmalıdır. Çünki dövlət əhali artımında maraqlıdır. Uşaqların dəstəklənməsi üçün konkret maddi yardım — müavinət lazımdır" — deyə deputat Vostretsov bildirib.

İrina Volınets isə qeyd edib ki, müavinətlər 3 və 3-dən artıq uşağı olan ailələr üçün nəzərdə tutulub. Beş və beşdən artıq uşağı olan ailələr üçün layihə müəllifləri bütün infrastrukturu olan və müvafiq kommunikasiya sisteminə qoşulmuş torpaq sahəsi verməyi təklif edir. Yeddi və daha artıq uşaqları olan ailələrə isə qanun layihəsində həm də əlavə olaraq "Qazel" avtomobilinin verilməsi nəzərdə tutulur".

Sözügedən qanun layihəsi martın 23-də Dövlət Dumasında keçiriləcək "dəyirmi masa"da müzakirəyə çıxarılacaqdı. İzləyə bilmədim, görəsən qəbul olundu?…

Əlaqədar

Dövlət uşaq bağçalarında uşaqlara qarşı cinayət
İki uşaq atası özünü asdı
İnternat məktəbinin direktoru kimsəsiz uşaqlara olmazın işgəncələr verib
“Bu idman növü uşaqlarda özlərinə inam yaradır”
Bu ölkədə 1500 uşaq qətlə yetirilib
Ötən il Suriyada 650 uşaq öldürülüb
"Şeytan aldatdı məni, indi uşaqlarımın üzünə həsrətəm"
Uşaqlarımızın gələcəyini müəyyən edən qanun
Teqlər:
valideyn, övlad, Dövlət Statistika Komitəsi, ailə, yardım, uşaq

Əsas mövzular