Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bakı klinikaları doğum paketinin qiymətini açıqlayıblar

© Sputnik / Sergey Venyavsky / Mediabanka keçidРоженица и новорожденный в родовом зале перинатального отделения детской городской больницы
Роженица и новорожденный в родовом зале перинатального отделения детской городской больницы - Sputnik Azərbaycan
Abunə olmaq
Uşağı həkim və tibbi personalın nəzarəti altında normal dünyaya gətirmək üçün Bakıda 1000 manatdan çox pul sərf etmək lazımdır

BAKI, 17 mart — Sputnik. Bakının az-çox məşhur olan klinikalarında hətta təbii yolla uşaq dünyaya gətirmək üçün babat məbləğ ödəmək lazımdır. 

Sputnik Azərbaycan-ın apardığı araşdırmanın nəticələri göstərir ki, Azərbaycanda uşaq dünyaya gətirmək heç də az vəsait tələb eləmir. Azərbaycanda doğumun neçəyə başa gəldiyini öyrənmək və uşaq doğmağa hazırlaşan qadınlara daha sərfəli şərtlər təklif edən klinikalar barədə məlumat vermək üçün əməkdaşımız tibb müəssisələrinə müraciət edib. 

Paytaxtdakı tibb müəssisələrində mama-ginekoloq xidmətlərinin qiyməti 1000 manatdan başlayır. 

Çexiyalı professor Tomaş Kuçera Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhali proqnozlarına dair təqdimat keçirib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda doğulanların sayı ölənlərin sayını 3 dəfədən çox üstələyir

Bir sıra özəl tibb müəssislərində doğum paketinə hamiləliyin vəziyyətinə və gedişinə nəzarət də daxildir. Lakin doğum paketi qəbul etməyən qadınlar analizlərə və ültrasəs müayinəsinə görə əlavə pul ödəməlidirlər. 

Caspian International Hospital-dan verilən məlumata görə, bu gün onların xəstəxanasında adi doğuşun qiyməti 1200 manata yaxındır. Qeysəriyyə əməliyyatının qiyməti isə 1500 manatdır. Bu, klinika tərəfindən təyin edilmiş orta qiymətdir. Amma hamiləliyi müşahidə edən və doğuşun ağırlıq dərəcəsini qiymətləndirən həkimin rəyindən asılı olaraq qiymətlər dəyişə bilər. Həmin vəsaiti isə mütləq klinikaya ödəmək lazımdır. 

Baku Medical Plaza klinikalar şəbəkəsində doğuşun qiyməti 1010 manatdan, qeysəriyyə əməliyyatının qiyməti isə 1210 manatdan başlayır. Bu qiymətə sonuncu analizlər, USM və yeni doğulmuş körpənin üç peyvəndi də daxildir. 

Bakıda məşhur olan Leyla Şıxlinskayanın Klinikasında doğumun və qeysəriyyə əməliyyatının qiymətlərini pasientə baxan həkim təyin edir. Burada təbii yolla doğuşun qiyməti 1000 manat, qeysəriyyə isə 1250 manatdır. 

Новорожденный, фото из архива - Sputnik Azərbaycan
Doğum evində dəhşət: qadın öz uşağını yedi

Qeyd etmək lazımdır ki, nisbətən ucuz qiymətə xidmət göstərən tibb müəssisəsi Bakıdakı Real Tibb Mərkəzinin Sumqayıtdakı eyniadlı filialıdır. Orada həkimlər təbii doğuşu klinikanın kassasına ödənilən 630 manata qəbul edir. Cərrahi yolla uşağın dünyaya gətirilməsi üçün isə 900 manat tələb edilir. 

Qeyd etmək lazımdır ki, özəl tibb müəssisələrində hərtərəfli tibbi xidmət göstərilir və pasientlərə diqqətlə yanaşılır. Bu müəssisələrə o qadınlar müraciət edirlər ki, onlar dövlətin perinatal mərkəzlərində özünün və uşağının həyatını təhlükəyə atmaq, lüzumsuz “yaxşı həkim” axtarışına çıxmaq istəmirlər. 

Onu da qeyd etmək lazımdır ki, dövlətin doğum evlərində “pulsuz xidmət” mövcuddur. Halbuki orada xəstəxanada olmayan dərman preparatlarına görə pul ödəmək, mama-ginekoloqlara “hörmət etmək” və s. lazım gəlir.

Xəbər lenti
0