06:06 30 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
24 0 0

Film Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyevə həsr olunub

BAKI, 4 apr — Sputnik. Azərbaycan Mətbuat Şurasının, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşəbbüsü və dəstəyilə hazırlanmış, yazıçı-publisist Bəxtiyar Qaracanın "Muradına çatmayanlar: apreldən əvvəl və sonra" sənədli filminin təqdimat mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, film aprel döyüşlərinin əhəmiyyətinə və Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyevə həsr olunub.

Tədbiri giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq Murad Mirzəyevin göstərdiyi qəhrəmanlıqdan, ordumuzun cəbhədəki uğurlarından danışıb. O bildirib ki, aprel döyüşləri Azərbaycan ordusunun regionda ən güclü ordu olduğunu göstərib: “Bu, həm də Ermənistan rəhbərliyinə bir mesaj idi". O, aprel döyüşləri zamanı Azərbaycan xalqının birlik nümayiş etdirdiyini söyləyib. 

Sonra "Muradına çatmayanlar: apreldən əvvəl və sonra" sənədli filmi nümayiş etdirilib.

Nümayişdən sonra ATXƏM sədri İlham İsmayılov çıxış edərək M. Mirzəyevin döyüş yolundan və aprel döyüşlərinin əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə, Murad Mirzəyev və digər qəhrəmanların keçdiyi şərəfli yol gənclər arasında geniş təbliğ edilməlidir.

  • Bəxtiyar Qaracanın Muradına çatmayanlar: apreldən əvvəl və sonra sənədli filminin təqdimat mərasimi
    Bəxtiyar Qaracanın "Muradına çatmayanlar: apreldən əvvəl və sonra" sənədli filminin təqdimat mərasimi
    © Sputnik / Murad Orujov

1 / 4
© Sputnik / Murad Orujov
Bəxtiyar Qaracanın "Muradına çatmayanlar: apreldən əvvəl və sonra" sənədli filminin təqdimat mərasimi

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev çıxış edərək aprel döyüşlərinin Azərbaycanda milli ruhun çox yüksək səviyyədə olduğunu göstərdiyini deyib. O, bildirib ki, Azərbaycan işğal altındakı torpaqlarını gec-tez azad edəcək.

Qeyd edək ki, filmin baş məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur.

Əsas mövzular