CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Muradına çatmayanlar: apreldən əvvəl və sonra" sənədli filminin təqdimatı keçirilib

© Sputnik / Murad OrujovBəxtiyar Qaracanın "Muradına çatmayanlar: apreldən əvvəl və sonra" sənədli filminin təqdimat mərasimi
Bəxtiyar Qaracanın Muradına çatmayanlar: apreldən əvvəl və sonra sənədli filminin təqdimat mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Film Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyevə həsr olunub

BAKI, 4 apr — Sputnik. Azərbaycan Mətbuat Şurasının, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşəbbüsü və dəstəyilə hazırlanmış, yazıçı-publisist Bəxtiyar Qaracanın "Muradına çatmayanlar: apreldən əvvəl və sonra" sənədli filminin təqdimat mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, film aprel döyüşlərinin əhəmiyyətinə və Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyevə həsr olunub.

Tədbiri giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq Murad Mirzəyevin göstərdiyi qəhrəmanlıqdan, ordumuzun cəbhədəki uğurlarından danışıb. O bildirib ki, aprel döyüşləri Azərbaycan ordusunun regionda ən güclü ordu olduğunu göstərib: “Bu, həm də Ermənistan rəhbərliyinə bir mesaj idi". O, aprel döyüşləri zamanı Azərbaycan xalqının birlik nümayiş etdirdiyini söyləyib. 

Silahlı Qüvvələrdə 2016-cı il aprel döyüşlərinin birinci ildönümü ilə əlaqədar silsilə hərbi-vətənpərvərlik tədbirləri keçirilir - Sputnik Azərbaycan
Aprel döyüşlərinin ildönümü ilə bağlı hərbi-vətənpərvərlik tədbirləri keçirilir

Sonra "Muradına çatmayanlar: apreldən əvvəl və sonra" sənədli filmi nümayiş etdirilib.

Nümayişdən sonra ATXƏM sədri İlham İsmayılov çıxış edərək M. Mirzəyevin döyüş yolundan və aprel döyüşlərinin əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə, Murad Mirzəyev və digər qəhrəmanların keçdiyi şərəfli yol gənclər arasında geniş təbliğ edilməlidir.

© Sputnik / Murad OrujovBəxtiyar Qaracanın "Muradına çatmayanlar: apreldən əvvəl və sonra" sənədli filminin təqdimat mərasimi
Bəxtiyar Qaracanın Muradına çatmayanlar: apreldən əvvəl və sonra sənədli filminin təqdimat mərasimi - Sputnik Azərbaycan
1/4
Bəxtiyar Qaracanın "Muradına çatmayanlar: apreldən əvvəl və sonra" sənədli filminin təqdimat mərasimi

2/4

3/4

4/4

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev çıxış edərək aprel döyüşlərinin Azərbaycanda milli ruhun çox yüksək səviyyədə olduğunu göstərdiyini deyib. O, bildirib ki, Azərbaycan işğal altındakı torpaqlarını gec-tez azad edəcək.

Qeyd edək ki, filmin baş məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur.

Xəbər lenti
0