13:56 13 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8725
Bakıda taksi, arxiv şəkli

Taksi çağırmaq çətinləşir – seçim həddindən artıq çoxalıb

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
38302

Taksi xidməti bazarındakı rəqabət xidmətlərin qiymətində və keyfiyyətində nəzərəçarpacaq dəyişiklik yaradıb, müştərilər də bu vəziyyətdən məmnundur

BAKI, 27 fev-Sputnik. Sosial şəbəkələrdə müzakirə olunan əsas mövzulardan biri də ümumi və mobil telefonlarla edilən çağırışlar nəticəsində taksi xidmətləri göstərən şirkətlərin xidmətləri ilə bağlıdır. Özəl daşıma xidmətləri ilə bağlı firmalar arasında əməlli-başlı rəqabət yaranıb. 

15 mart 2016-cı ildə sözügedən fəaliyyətlərin lisenziyalaşdırılmasının aradan qaldırılmasının da bu məsələdə xüsusi köməyi olub. 

Hazırda taksi seçimi kifayət qədər genişdir. Söhbət Taхi 189; Taxi 24; Salam Taxi; Ekonom Taхi və digər taksi xidmətlərindən, həmçinin Uber, Utap və Taxify-dən gedir. 

Bazardakı kəskin rəqabətə davam gətirmək və müştəriləri cəlb etmək üçün şirkətlər qiymətləri endirirlər. Sosial şəbəkə istifadəçiləri nisbətən aşağı qiymətə xidmət göstərən taksi firmalarına üstünlük verirlər. 

Qeyd etmək lazımdır ki, bəziləri taksi sifarişinə görə sərfəli qiymət təklif edirlər. Bununla belə, istifadəçilər qeyd edirlər ki, bəzən sürücülər bələdçinin köməyi ilə müştərinin göstərdiyi ünvanı tapmaqda çətinlik çəkirlər. 

Yeri gəlmişkən, bu günlərdə AR Əmlak Məsələləri Dövlət Komitəsi ilk milli naviqasiya sistemi olan AzNav-ın təqdimatını keçirib. Bu sistem taksi və yükdaşıma xidmətləri ilə məşğul olan şirkətlərə öz müştərilərini asanlıqla tapmağa kömək edəcək. Məlumata görə, AzNav özündə 353 şəhər və qəsəbə, 5321 yaşayış məntəqəsi, 759227 bina və obyekt, 117 körpü, 558 yeraltı keçid barədə informasiyanı birləşdirir. 

Bununla yanaşı, ictimai rəy sorğusu göstərir ki, mobil telefon vasitəsilə taksi sifariş edən müştəri aldığı xidmətdən razıdır. Çünki onlar olduqları yerlə gedəcəkləri yerin ünvanını bildirməklə, dərhal xidmətin qiymətini öyrənirlər. 

Bununla yanaşı, müştəri uğrunda mübarizə aparan bir sıra firmalar gedişhaqqını ödəniş kartları vasitəsilə ödəməyə də imkan yaradıblar. Sırada on-line xidmətlərin səviyyəsini qaldırmaqdır. 

İndi demək istəməzdik ki, hökumət xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq uğrunda mübarizə aparmaqla yanaşı təhlükəsizlik, nəqliyyat vasitələrinin standartları ilə bağlı yeni şərtlər irəli sürərək sərnişin və yükdaşıma qaydalarını sərtləşdirib.  

Amma hələlik əsas məsələ — taksi xidməti tələbatçılarının tələbləri qismən ödənib. Çünki seçim imkanı var: iqtisadi cəhətdən sərfəli, biznes-klass, yaxud da VİP avtomobil sifariş edə bilərik. Qalır sadəcə hansı şirkətə etibar etmək məsələsini müəyyən etmək. Həm də artıq “taksi xidmətinə görə axırda nə qədər ödəyəcəyik” kimi dərdimiz yoxdur. Ən əsası isə yol qırağında saatlarla boş taksi gözləməyəcəyik, yaxud da “bu gələn taksi məni götürəcək, ya yox” – deyə tapmaca tapmalı olmayacağıq. 

Əlaqədar

Bakıda taksi sürücüləri ilk dəfə xəbərdarlıqla canlarını qurtardılar
İlin adamı, Yazıçılar Birliyinin üzvü və taksi sürücüsü...
Ekspert: İctimai qurumlar da taksi fəaliyyətinə nəzarət etməlidir
Teqlər:
kəskin rəqabət, ictimai rəy sorğusu, seçim imkanı, Taksi xidmətləri, AR Əmlak Məsələləri Dövlət Komitəsi

Əsas mövzular