BAKI, 21 yan Sputnik. Bu gündən İstanbulda (Türkiyə) taksidən istifadə ilə bağlı yeni qayda qüvvəyə minib.
“Report” xəbər verir ki, İstanbul şəhər bələdiyyəsinin təsdiq etdiyi qaydaya əsasən, taksiyə minənlər üçün minimum ödəniş məbləği müəyyən edilib.
Belə ki, taksi ilə 2,5 km-dən az məsafə qət edən sərnişinlərə “mindi-düşdü” tarifi tətbiq ediləcək. Bu tarifə görə, onlar taksi ilə 500 metr belə hərəkət etdikləri halda minimum 8,7 lirə (4,2 manat) ödəməli olacaqlar.
2,5 km-dan artıq məsafələr üçün isə xidmət haqqı hər km-ə 2,1 lirə (1 manat) olmaqla hesablanacaq. Bu məbləğin üzərinə, həmçinin taksometrin açılması qiyməti – 3,45 lirə (1,7 manat) də əlavə ediləcək.