04:04 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9570
Bakı, Nizami küçəsi

Bakı sakinləri və qonaqların ən böyük müşkülü

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
151 0 0

Şəhərdə faktik olaraq ictimai tualetlər çatışmır. İnsanlar təbii ehtiyaclarını ödəmək üçün yaxınlıqdakı kafelərə, ya da mağazalara üz tutmalı olurlar.

BAKI, 6 iyul — Sputnik. Son illər paytaxtı Bakını regionda turistlər üçün ən cəlbedici şəhərə çevirməyə cəhdlər edilsə də, bəzi problemlər bu niyyətin reallaşmasını müşkülə çevirir. Bunlardan biri də, ilk baxışdan kiçik görünən, lakin turistlər və yerli sakinlər üçün o qədər də kiçik olmayan tualet problemidir.

Şəhərdə faktik olaraq ictimai tualetlər çatışmır. Xüsusilə də şəhərin mərkəzində sanitar qovşaqların çatışmazlığı hissi olunur. Bu gün Bakının yaşayış məntəqələrində, eləcə də əhalinin çox istifadə etdiyi "20 yanvar", "Nəriman Nərimanov", "Gənclik", "Həzi Aslanov", "Elmlər Akademiyası" və digər metrostansiyaların yaxınlığında ictimai tualet tapmaq çətin məsələdir.

Təbii ehtiyacları ödəmək məqsədilə adamlar yaxınlıqdakı kafelərə, ya da mağazalara getməli, onların tualetlərindən istifadə etmək üçün xahiş etməlidirlər. İnsanların belə çətin və çıxılmaz vəziyyətdə qalmamaları üçün şəhərin hər yerində tam təchiz olunmuş sanitar qovşaqlarının olması vacibdir.

Hazırkı vaxtda əsas problem Bakının mərkəzindədir. Baxmayaraq ki, şəhərin "Sahil" və "Səməd Vurğun" bağlarında, yaxud da "Qış bulvarı" ərazisində olan hər bir qonaq çətinlik çəkmədən tualet tapa bilər. Hətta ticarət mərkəzlərinə də qaçmaq olar.

"Nizami" və "28 may" metrostansiyalarının yanında da tualetlər mövcuddur. Onlar yerin altında yerləşirlər. Buna görə də, çoxları o tualetlərdən xəbərsizdirlər, yaxud da onların qarşısında həmin tualetləri axtarıb tapmaq kimi böyük məsələ dayanır.

Yerli sakin Əli Bədəlovun sözlərinə görə, o, şəhərdə ictimai tualet axtarışları problemi ilə dəfələrlə üzləşib: "İş ondadır ki, mən bir neçə il bundan əvvəl sidik kisəmdən əməliyyat olunmuşam və tez-tez sidiyə getməli oluram. Şəhərə çıxanda həmişə vaxtımı əvvəlcədən hesablayıram ki, lazım olan vaxta qədər lazımi yerə çatım və çalışıram, çoxlu maye qəbul etməyim".

"Amma hərdən elə olur ki, plan dəyişir. Bu yaxınlarda Teymur Əliyev küçəsinin yaxınlığında ictimai tualet olmaması səbəbindən mən yaxınlıqdakı qadın gözəllik salonunun tualetindən istifadə etməli oldum. Əlbəttə məni başa düşdülər, amma mənə ayıb oldu", — paytaxt sakini bildirir.

Paytaxtın Nərimanov rayon İcra Hakimiyyətində, rayon ərazisində mövcud olan ictimai tualetlərin sayını deməyə çətinlik çəkdilər. Bununla yanaşı, tualetləri tapmaq istirahət zonası olan Bakı Dənizkənarı Milli Parkda da asan deyil.

Bakı Dənizkənarı Bulvar İdarəsinin (BDBİ) direktor müavini Azər Muradovun sözlərinə görə, bulvarda 26 qadın və kişi sanitar qovşağı quraşdırılıb. Köhnə bulvar ərazisində yerləşən tualetlər sutkanın 24 saatı açıq olur. Amma "Ağ şəhər" və Bayıl hovuzu tərəflərdə isə tualetlər gecə saatlarına qədər işləyir.

Bulvardakı kabinələr bütün lazımi avadanlıqlarla tam təchiz edilib. Orada salfetlər üçün sensorlar, duru sabun, fenlər, tualet kağızları, hətta reklam və televiziya verilişlərinə baxmaq üçün monitorlar quraşdırılıb.

BDBİ-nin nümayəndəsi bildirib ki, bulvardakı sanitar qovşaqlarında təmizliyə tam riayət olunur: "Hər bir sanitar qovşağında iki nəzarətçi (biri qadın, digəri kişi tualetində) işləyir. Gündüzlər bulvarda əhalinin sıx olduğu vaxtlarda nəzarətçilərin sayı ikiyə qaldırılır".

Yeri gəlmişkən, onun sözlərinə görə, BDBİ-nin anbarında Bakıda keçirilən "Eurovision-2012" mahnı yarışması zamanı alınmış onlarla biotualet var. Onlardan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi zamanı zərurət olduqda istifadə edilir.

Qeyd etmək lazımdır ki, axırıncı beynəlxalq tədbir — Formula-1 Avropa Qran-Prisi zamanı pilotlar bir sıra çətinliklərlə üzləşmişdilər. Bakıdakı tualet çatışmazlığını, hətta avtoyarışın qalibi Niko Rozberq də vurğulamışdı. Bu mərhələnin ardından o, təşkilatçılardan xahiş etmişdi ki, gələn il tualetlərin sayını artırsınlar.

Pilotun sözlərinə görə, uzun tualet növbələrində dayanmaq onu möhkəm əsəbləşdirib: "Yaxşı olardı ki, təşkilatçılar daha çox tualetlər təşkil edərdilər. Bu həftə sonu mən növbələrdə həddindən artıq çox vaxt keçirməli oldum".

Əlbəttə, bu narahatlıq ona qalib gəlməyə mane olmayıb.

Tarixçilərin dediklərinə görə, Avropa ölkələrinə təbii ehtiyacları ödəmə yerləri bir qədər gec gedib çatıb. Amma bu gün orada turistlər öz ehtiyaclarını ödəmək üçün tualetləri axtararkən heç bir çətinlik çəkmirlər. İctimai sanitar qovşaqları xeyli inkişaf edib, artıq çoxdan avtomatlaşdırılmış sensorlarla işləyir. Buna görə də, oradakı xiyabanlarda sıxılaraq çıxılmaz vəziyyətə düşmüş insanlarla qarşılaşmaq mümkün deyil…

Əlaqədar

Tualetdən xəzinə tapdı
Bakı bulvarında salsa və baçata ritmləri
Bakının bu qəsəbəsində sakinlərdən "xərac" toplanır
Antonio Covinatsi Bakıda birinci oldu
Bakı qonaqpərvərliyi: Formula-1 fanatları necə dincəlirlər
Teqlər:
turist, şəhər, ictimai tualet, tualet, küçə, paytaxt, Bakı

Əsas mövzular