Bu müəssisələrdə çalışanlara tualetə getmək qadağan olundu

© Photo : www.milliyet.com.tr"Oxfam America" müəssisəsinin işçiləri
Oxfam America müəssisəsinin işçiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Söhbət "Oxfam America"dan - ABŞ-ın ən böyük quşçuluq məhsulları istehsal edən müəssisəsindən gedir. Rəhbərlik işçilərə xəbərdarlıq edib ki, ayaqyoluna getdikləri təqdirdə onları işdən atılma cəzası gözləyir.

BAKI, 16 may — Sputnik. ABŞ-da quşçuluq fabrikində işçilərin tualetə getməsinə icazəsi verilmədiyi üçün, işçilər altlarına bez bağlayaraq işə gəlirlər. Sputnik milliyet-ə istinadla xəbər verir ki, söhbət "Oxfam America"dan — ABŞ-ın ən böyük quşçuluq məhsulları istehsal edən müəssisəsindən gedir.

Bildirilir ki, bir sıra müəssisələrin işçiləri ilə görüşən "Oxfam" rəhbərliyi, onları ayaqyoluna getdikləri təqdirdə cəza və ya işdən çıxma gözlədiyini deyib.

Açmıqlamada qeyd olunur ki, ABŞ-da toyuq ətinin qiyməti çox ucuzdur və bunun səbəbi işçilərə verilən aşağı maaş və sağlamlığa zərərli olan iş şəraitidir. Həmçinin, işçilərin sidik yolu infeksiyaları və bənzər xəstəliklərlə tez-tez qarşılaşdıqları vurğulanır.

Xəbər lenti
0