19:37 20 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0255
  • USD1.7000
  • EUR1.9852
Mərkəzi Neftçilər Xəstəxanası

Bakıda baş verən partlayışda xəsarət alanların vəziyyəti stabildir

sputnik.az
CƏMİYYƏT
Qısa URL
13802

Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir. Xəstələrdən biri gələn həftə təkrar müayinə olunandan sonra ambulator müayinəyə buraxılacaq.

BAKI, 2 iyul — Sputnik. "Baku Steel Company" zavodunda baş vermiş partlayış nəticəsində Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən 3 yaralının vəziyyətləri normaldır. Bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktorunun müavini Nadir Mehdiyev məlumat verib. Onun sözlərinə görə, yaralıların səhhəti stabilləşməyə doğrudur. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir. Xəstələrdən biri gələn həftə təkrar müayinə olunandan sonra ambulator müayinəyə buraxılacaq.

Xatırladaq ki, iyunun 30-da axşam saatlarında "Baku Steel Company" zavodunda baş vermiş partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 3 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində ağır xəsarət alan 1982-ci il təvəllüdlü Natiq Salmanov əməliyyat olunaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Digər yaralı — 1971-ci il təvəllüdlü Məmməd Kərimov ayaq nayihəsindən sınıqla, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrəddin Səfərov isə yüngül xəsarətlə palata şəraitində müalicə olunurlar.

Hadisə ilə bağlı Nərimanov rayon Pokurorluğunda Cinayət Məcəlləsini 162.1-ci (Əmək mühafizəsi qaydalarını pozma- texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa) maddəsilə cinayət işi başlanıb.

Əlaqədar

"İndi Türkiyədə vəziyyət elədir ki, kim istəsə, bomba partlada bilər"
Terrorçu özünü belə partlatdı
Tərtərdə 6 ədəd partlamamış hərbi sursat aşkarlanıb
Türkiyədə partlayış nəticəsində 1 polis şəhid olub, 13 nəfər yaralanıb
Zaqatalada polis kapitanı partlayış nəticəsində yaralanıb
ANAMA: 139 ədəd partlamamış hərbi sursat aşkar edilib
Teqlər:
"Baku Steel Company", yaralı, partlayış, Mərkəzi Neftçilər Xəstəxanası, zavod, xəsarət

Əsas mövzular