BAKI, 1 iyul — Sputnik. Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən "Baku Steel Company" zavodunda istehsalat qəzası nəticəsində partlayış baş verib. "Report"un xəbərinə görə, partlayış nəticəsində beş nəfər xəsarət alıb.
Həmin şəxslər zavodda işləyənlər — Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, Şabran rayon sakini, 1959-cu il təvəllüdlü Nüsrətdin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanovdur.
Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Ə. Ələsgərov və E.İbadullayev tibbi yardım aldıqdan sonra evə buraxılıb, digər yaralıların vəziyyəti stabil ağırdır. Faktla bağlı araşdırma aparılır.