CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda baş verən partlayışda xəsarət alanların vəziyyəti stabildir

© sputnik.azMərkəzi Neftçilər Xəstəxanası
Mərkəzi Neftçilər Xəstəxanası - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir. Xəstələrdən biri gələn həftə təkrar müayinə olunandan sonra ambulator müayinəyə buraxılacaq.

BAKI, 2 iyul — Sputnik. "Baku Steel Company" zavodunda baş vermiş partlayış nəticəsində Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən 3 yaralının vəziyyətləri normaldır. Bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktorunun müavini Nadir Mehdiyev məlumat verib. Onun sözlərinə görə, yaralıların səhhəti stabilləşməyə doğrudur. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir. Xəstələrdən biri gələn həftə təkrar müayinə olunandan sonra ambulator müayinəyə buraxılacaq.

Baku Steel Company zavodunun inzibati binası - Sputnik Azərbaycan
HADİSƏ
"Baku Steel Company"də güclü partlayış baş verib

Xatırladaq ki, iyunun 30-da axşam saatlarında "Baku Steel Company" zavodunda baş vermiş partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 3 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində ağır xəsarət alan 1982-ci il təvəllüdlü Natiq Salmanov əməliyyat olunaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Digər yaralı — 1971-ci il təvəllüdlü Məmməd Kərimov ayaq nayihəsindən sınıqla, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrəddin Səfərov isə yüngül xəsarətlə palata şəraitində müalicə olunurlar.

Hadisə ilə bağlı Nərimanov rayon Pokurorluğunda Cinayət Məcəlləsini 162.1-ci (Əmək mühafizəsi qaydalarını pozma- texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa) maddəsilə cinayət işi başlanıb.

Xəbər lenti
0