10:25 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Vegetable stall in a Market

Süni qiymət artımına qarşı Tədbirlər Planı hazırlanır

CC BY 2.0 / Sergio Boscaino / A day at the market in Milano
CƏMİYYƏT
Qısa URL
8601

Qanun pozuntularına yol vermiş şəxslər barəsində ən ciddi tədbirlər görüləcək.

BAKI, 25 dek-Sputnik. Manatın kursunda baş vermiş dəyişiklikdən sonra süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə cəhdlərinin qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı hazırlanır.

Sputnik İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluğunun birgə bəyanatına istinadla xəbər verir ki, süni qiymət artımı və mal-qıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən təsərrüfat subyektləri barədə, habelə inhisarçılıq və korrupsiya kimi neqativ halların vaxtında aşkar edilərək qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirilməklə qanun pozuntularına yol vermiş şəxslər barəsində ən ciddi tədbirlər görüləcək.

Mərkəzi Bankın İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixdən manatın üzən məzənnə rejiminə keçirilməsi barədə qərarından sonra ölkədə süni qiymət artımı baş verib.

Əlaqədar

Prezident: Qiymətləri süni şəkildə qaldıranlar cəzalandırılacaqlar
Maliyyə Nazirliyi: Qiymətlər qalxsa, pensiyalar artırılacaq
Dərmanların qiymətləri qaldırılacaq
Nazirdən bəyanat: İdxal olunan məhsulların qiyməti artacaq
Teqlər:
üzən məzənnə, manat, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Mərkəzi Bank, Baş Prokurorluq, İqtisadiyyat və Sənaye Nazirliyi

Əsas mövzular