CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Süni qiymət artımına qarşı Tədbirlər Planı hazırlanır

Abunə olmaq
Qanun pozuntularına yol vermiş şəxslər barəsində ən ciddi tədbirlər görüləcək.

BAKI, 25 dek-Sputnik. Manatın kursunda baş vermiş dəyişiklikdən sonra süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə cəhdlərinin qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı hazırlanır.

İlham Əliyev və xanımı Mehriban Əliyeva - Sputnik Azərbaycan
SİYASƏT
Prezident: Qiymətləri süni şəkildə qaldıranlar cəzalandırılacaqlar

Sputnik İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluğunun birgə bəyanatına istinadla xəbər verir ki, süni qiymət artımı və mal-qıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən təsərrüfat subyektləri barədə, habelə inhisarçılıq və korrupsiya kimi neqativ halların vaxtında aşkar edilərək qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirilməklə qanun pozuntularına yol vermiş şəxslər barəsində ən ciddi tədbirlər görüləcək.

Mərkəzi Bankın İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixdən manatın üzən məzənnə rejiminə keçirilməsi barədə qərarından sonra ölkədə süni qiymət artımı baş verib.

Xəbər lenti
0