SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident: Qiymətləri süni şəkildə qaldıranlar cəzalandırılacaqlar

© AZƏRTACİlham Əliyev və xanımı Mehriban Əliyeva
İlham Əliyev və xanımı Mehriban Əliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev:Süni bahalaşmaya yol verənlər, möhtəkirliklə məşğul olanlara qarşı cəza tədbirləri həyata keçiriləcək.

BAKI, 23 dek-Sputnik. Süni bahalaşmaya yol verənlər, möhtəkirliklə məşğul olanlara qarşı cəza tədbirləri həyata keçiriləcək.

Azərbaycan prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev manatın dəyərdən düşməsinin səbəbini açıqladı

Sputnik-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunları, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimindəki çıxışında belə deyib.

O qeyd edib ki. ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üçün lisenziyalarla bağlı ciddi qərarlar qəbul olunub. "İqtisadi-maliyyə sektorunda daha ciddi islahatlar aparılacaq. İqtisadi liberallaşma, inhisarçılığa qarşı mübarizə sahəsində tədbirlər görüləcək. Gömrük və vergi sistemində maksimum şəffaflıq təmin ediləcək" — deyə prezident bildirib.

İlham Əliyev bununla bağlı hökumət qarşısında qoyulan vəzifələrə də toxunub: "Hökumətin qarşısında makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın minimal səviyyədə olması, ölkədə istehsal olunan ərzaq və tikinti materiallarının, yanacağın qiymətinin sabit saxlanılması ilə bağlı vəzifələr qoyulub. Biz çalışacağıq ki, manatın məzənnəsi ilə bağlı qaçılmaz qərarın fəsadlarını azaldaq, minimum səviyyəyə endirək".

Xəbər lenti
0