BAKI, 19 may — Sputnik. Vətən müharibəsində itkin düşmüş daha bir hərbi qulluqçunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Sputnik Azərbaycan-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlər görülüb.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər görülür.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Eləcə də oxuyun:
* Şəhidin xanımı: Atasını büküb gətirdikləri bayrağa, övladımı bükürəm ki, ətri hopsun
* Son gülləsinədək döyüşən şəhid - bu gün onun günüdür
* Dinc dövrdə həlak olan hərbçimiz torpağa tapşırıldı