Son gülləsinədək döyüşən şəhid - bu gün onun günüdür

© Sputnik / Ilham MustafayevElburus Yusifov
Elburus Yusifov - Sputnik Azərbaycan, 1920, 12.05.2021
Abunə olmaq
Elburus Yusifov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapılmayıb. Tapıldıqdan sonra 21 dekabr 2020-ci il tarixində Tovuz rayonunun Ağdam kəndindəki şəhidlər xiyabanında dəfn olunub.

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 12 may — Sputnik. 44 günlük Vətən müharibəsinin şəhid əsgər və zabitlərmiz adlarını Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılıb. Onların arasında Tovuzda iyul döyüşlərində iştirak edən və vətən müharibəsində Murov istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid olan Elburus Yusifovun bu gün doğum günüdür.

Azərbaycan Ordusunun kiçik çavuşu Elburus Yusifovun özü elə Ermənistanla sərhəddə yerləşən Tovuzun Ağdam kəndində doğulub boya başa çatıb. Uşaqlıq illərindən düşmənin xislətinin canlı şahidi olub. Bu səbəbdən Elburus vətənin keşiyində durmaq, hərbçi olmaq qərarı verib. Müddətli həqiqi hərbi xidmətdə olduqdan sonra, müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşlərində savaşıb. 12 il hərbçi kimi Vətən torpaqlarının keşiyini çəkib. Kənd məktəbində işləmiş atası Şəmsi müəllim Sputnik Azərbaycn-a oğlunun vətənə, elinə-obasına bağlı gənc olmasından danışıb:

© Sputnik / Ilham MustafayevElburus Yusifov
Son gülləsinədək döyüşən şəhid - bu gün onun günüdür - Sputnik Azərbaycan, 1920, 12.05.2021
Elburus Yusifov

"Orta məktəbdə oxuyandan hərbiyə meyilli idi. Elə oldu ki, hərbi məktəbə daxil ola bilmədi, əsgərliyə getdi. Bakıda xidmətdən qayıtdıqdan sonra kiçik komandirlər məktəbinə iş verdi. Ora qəbul olundu, oxudu, qurtardı. Yaxşı snayper idi. İşlədiyi dövrdə medallarla təltif olundu. Mən bir ata kimi oğlumun şəhid adı ilə fəxr edirəm".

İyul döyüşləri Elburus üçün daha önəm daşıyıb. O, doğma kəndində gedən döyüşlərdə düşmənin təxribatının qarşısının alınmasında mərdliklə iştirak edib. Vətən müharibəsi başladıqda isə artıq xidmətini Kəlbəcər-Murovdağ istiqamətində davam etdirib. Ailəsi ilə tez-tez telefonla danışan Elburus həmişə də hər şeyin qaydasında olduğunu deyib. Sonuncu dəfə isə oktyabrın 1-də, vətən müharibəsinin qızğın döyüşlərinin getdiyi dövrdə ailəsi ilə danışıb. Ən çox ünisiyyətdə olduğu, telefonla əlaqə qurduğu isə kiçik qardaşı Hikmət olub. Hikmət iyul döyüşlərində xalası oğlu Elşad Məmmədovun şəhid olmasından sonra Elbrusda düşmənə qarşı nifrətin daha da artdığını söyləyib.

© Sputnik / Ilham Mustafayev
Şəhid Elburus Yusifovun xatirə şəkilləri - Sputnik Azərbaycan
1/4
Şəhid Elburus Yusifovun xatirə şəkilləri
© Sputnik / Ilham Mustafayev
Şəhid Elburus Yusifovun xatirə şəkili - Sputnik Azərbaycan
2/4
Şəhid Elburus Yusifovun xatirə şəkili
© Sputnik / Ilham Mustafayev
Şəhid Elburus Yusifovun xatirə şəkilləri - Sputnik Azərbaycan
3/4
Şəhid Elburus Yusifovun xatirə şəkilləri
© Sputnik / Ilham Mustafayev
Şəhid Elburus Yusifovun ailəsi - Sputnik Azərbaycan
4/4
Şəhid Elburus Yusifovun ailəsi
1/4
Şəhid Elburus Yusifovun xatirə şəkilləri
2/4
Şəhid Elburus Yusifovun xatirə şəkili
3/4
Şəhid Elburus Yusifovun xatirə şəkilləri
4/4
Şəhid Elburus Yusifovun ailəsi

"Kəşfiyyatçı snayper idi. Onunla birgə döyüşən xalamız oğlu şəhid olandan sonra çox əsəbiydi. Müharibə olmasını, torpaqlarımızın işğaldan biryolluq azad edilməsini istəyirdi. Şəhidlik zirvəsinə ucalmamışdan qabaq döyüş əmri verilməyən ikinci taborda olmalı idi. Lakin könüllü çıxıb ki, mən də gedəcəm döyüşə. Döyüş vaxtı düşmənin postunu alıblar. Lakin əks hücum olub. Güllələri qutarana kimi döyüşərək şəhid olublar", -deyə qardaşı məlumat verib.

© Sputnik / Ilham MustafayevŞəhid Elburus Yusifovun dəfn olduğu yer
Son gülləsinədək döyüşən şəhid - bu gün onun günüdür - Sputnik Azərbaycan, 1920, 12.05.2021
Şəhid Elburus Yusifovun dəfn olduğu yer

Elburus Yusifov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapılmayıb. Tapıldıqdan sonra 21 dekabr 2020-ci il tarixində Tovuz rayonunun Ağdam kəndindəki Şəhidlər xiyabanında dəfn olunub. Onun Elmidar və Şəmsi adlı iki oğul övladı qalıb.

Xəbər lenti
0