23:06 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
HADİSƏ
Qısa URL
33

Şəhid baş leytenant Samir Eyvazovla doğulduğu Tovuz rayonunda vida mərasimi keçirilib və o, Bozalqanlı qəbristanlığında torpağa tapşırılıb.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Mayın 15-də Dövlət Sərhəd Xitmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.

  • Baş leytenant Samir Eyvazovun dəfni
    © Sputnik / Ilham Mustafa
  • Baş leytenant Samir Eyvazovun dəfni
    © Sputnik / Ilham Mustafa
  • Baş leytenant Samir Eyvazovun dəfni
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Baş leytenant Samir Eyvazovun dəfni

Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.

Hadisənin baş verdiyi ərazi qapadılıb və havadan nəzarət məqsədilə sərhəd aviasiyası tətbiq olunub. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir. İran vətəndaşı olan sərhəd pozucusunun şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər görülür.

DSX rəisinin tapşırığına əsasən, DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədovun başçılığı ilə bir qrup zabit hadisə yerinə ezam olunub. Hadisə barədə aidiyyəti hüquq mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib.

Tovuzda baş leytenant Samir Eyvazovla vida mərasimdə yüzlərlə insan iştirak edib. İştirakçılar arasında yaxınları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, döyüş yoldaşları olub. Qeyd edək ki, Samir Eyvazov ailəli idi və özündən sonra bir oğul övladı qalıb.

Eləcə də oxuyun: 

İranla sərhəddə atışma: İki hərbçimiz həlak olub

* Sərhəddə hərbçilərimizin qətli ilə bağlı saxlanılan var

 

Teqlər:
Tovuz, dəfn, şəhid, sərhəd

Əsas mövzular