Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda yanğın yerində tezalışan maddə aşkarlanıb

© Sputnik / Murad OrujovОтдыхающие в городе Гусар
Отдыхающие в городе Гусар - Sputnik Azərbaycan, 1920, 16.08.2021
Abunə olmaq
Qırx yeddi ədəd şam ağacının yanması nəticəsində ətraf mühitə ümumilikdə 37 min 800 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilib.
BAKI, 16 avqust — Sputnik. Bakıda ağacların yanması faktı ilə bağlı cinayət işi başlanıb. Sputnik Azərbaycan xəbər verir ki, avqustun 11-də paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, Vunq-Tau küçəsi 11 ünvanında ağacların yanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material əsasında Xətai rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla, baş vermiş yanğın hadisəsi nəticəsində ərazidə olan 47 ədəd şam ağacının yandığı müəyyən olunub. Nəticədə ətraf mühitə ümumilikdə 37 min 800 manat məbləğində maddi ziyan dəyib.
Həmçinin, yanğın mənbəyi kimi müəyyən edilmiş 4 yerdə istintaq-əməliyyat tədbirləri zamanı tezalışan məhlul aşkar edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 260.3 (Meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 314.1-ci (Səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Eləcə də oxuyun:
Bakıda 45 şam ağacı yanaraq məhv olub
Qəbələdə güclü yanğın başlayıb - əməliyyatdan kadrlar
Ölkənin dörd bir yanında yanğınlar baş verib - bir nəfər həlak olub
Bakıda avtobus yanıb, sərnişinlər təxliyə edilib
Xəbər lenti
0