https://sputnik.az/20210816/Bakida-acaclarin-yandirilmasi-ile-bagli-cinayet-isi-baslandi-427712273.html
Bakıda yanğın yerində tezalışan maddə aşkarlanıb
Bakıda yanğın yerində tezalışan maddə aşkarlanıb
Sputnik Azərbaycan
Qırx yeddi ədəd şam ağacının yanması nəticəsində ətraf mühitə ümumilikdə 37 min 800 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilib. 16.08.2021, Sputnik Azərbaycan
2021-08-16T21:20+0400
2021-08-16T21:20+0400
2021-11-17T00:01+0400
xəbərlər
paytaxt xəbərləri
cəmiyyət
hadisə
bakı
yanğın
ağac
cinayət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/07/1c/427562407_0:310:3072:2048_1920x0_80_0_0_96375289f66e535cce99dd770805132d.jpg
BAKI, 16 avqust — Sputnik. Bakıda ağacların yanması faktı ilə bağlı cinayət işi başlanıb. Sputnik Azərbaycan xəbər verir ki, avqustun 11-də paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, Vunq-Tau küçəsi 11 ünvanında ağacların yanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material əsasında Xətai rayon prokurorluğunda araşdırma aparılıb.Araşdırmalarla, baş vermiş yanğın hadisəsi nəticəsində ərazidə olan 47 ədəd şam ağacının yandığı müəyyən olunub. Nəticədə ətraf mühitə ümumilikdə 37 min 800 manat məbləğində maddi ziyan dəyib.Həmçinin, yanğın mənbəyi kimi müəyyən edilmiş 4 yerdə istintaq-əməliyyat tədbirləri zamanı tezalışan məhlul aşkar edilib.Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 260.3 (Meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 314.1-ci (Səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.Eləcə də oxuyun:Bakıda 45 şam ağacı yanaraq məhv olubQəbələdə güclü yanğın başlayıb - əməliyyatdan kadrlarÖlkənin dörd bir yanında yanğınlar baş verib - bir nəfər həlak olubBakıda avtobus yanıb, sərnişinlər təxliyə edilib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/1c/427562407_0:118:3072:2048_1920x0_80_0_0_f4b69d3a62ee424e63c5a2e9fe46cb6a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, bakı, yanğın, ağac, cinayət, azərbaycan
xəbərlər, bakı, yanğın, ağac, cinayət, azərbaycan
Bakıda yanğın yerində tezalışan maddə aşkarlanıb
21:20 16.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Qırx yeddi ədəd şam ağacının yanması nəticəsində ətraf mühitə ümumilikdə 37 min 800 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilib.
BAKI, 16 avqust — Sputnik. Bakıda ağacların yanması faktı ilə bağlı cinayət işi başlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, avqustun 11-də paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, Vunq-Tau küçəsi 11 ünvanında ağacların yanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material əsasında Xətai rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla, baş vermiş yanğın hadisəsi nəticəsində ərazidə olan 47 ədəd şam ağacının yandığı müəyyən olunub. Nəticədə ətraf mühitə ümumilikdə 37 min 800 manat məbləğində maddi ziyan dəyib.
Həmçinin, yanğın mənbəyi kimi müəyyən edilmiş 4 yerdə istintaq-əməliyyat tədbirləri zamanı tezalışan məhlul aşkar edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 260.3 (Meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 314.1-ci (Səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Bakıda avtobus yanıb, sərnişinlər təxliyə edilib