https://sputnik.az/20210811/Bakda-aaclq-razi-yanr-427672731.html
Bakıda 45 şam ağacı yanaraq məhv olub
Bakıda 45 şam ağacı yanaraq məhv olub
Sputnik Azərbaycan
Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 103 yanğına çıxış həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində... 11.08.2021, Sputnik Azərbaycan
2021-08-11T19:09+0400
2021-08-11T19:09+0400
2021-11-17T00:00+0400
cəmiyyət
xəbərlər
hadisə
yanğın
bakı
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42153/74/421537461_0:0:3071:1728_1920x0_80_0_0_b2fe71f3fd9534d66f66c16a9a3caac1.jpg
BAKI, 11 avqust - Sputnik. Xətai rayonu, Vunqtau küçəsində bu gün baş verən yanğın zamanı 45 şam ağacının yanaraq məhv olduğu məlum olub.Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, hazırda yaşıllığa dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.Xidmət rəsmisi qeyd edib ki, araşdırmaların nəticələri ilə bağlı toplanmış materiallar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndəriləcək.***Bakıda ağaclıq ərazi yanır.Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Vunq-Tau küçəsində ağaclıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub. FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.Əlavə məlumat veriləcək.Qeyd edək ki, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 103 yanğına çıxış həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Eləcə də oxuyun:Qəbələdə yenə yanğın başlayıb, FHN helikopter göndəribEtibar Mirzəyev: Türkiyədəki yanğın ocaqlarında artıq son işlər görülür
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42153/74/421537461_258:0:2989:2048_1920x0_80_0_0_327fc9753b872980d88e108dc3cccb60.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, yanğın, bakı, azərbaycan
xəbərlər, yanğın, bakı, azərbaycan
Bakıda 45 şam ağacı yanaraq məhv olub
19:09 11.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 103 yanğına çıxış həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
BAKI, 11 avqust - Sputnik. Xətai rayonu, Vunqtau küçəsində bu gün baş verən yanğın zamanı 45 şam ağacının yanaraq məhv olduğu məlum olub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, hazırda yaşıllığa dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.
Xidmət rəsmisi qeyd edib ki, araşdırmaların nəticələri ilə bağlı toplanmış materiallar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndəriləcək.
Bakıda ağaclıq ərazi yanır.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Vunq-Tau küçəsində ağaclıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub. FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Qeyd edək ki, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 103 yanğına çıxış həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.