08:49 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
HADİSƏ
Qısa URL
1087 0 0

Ötən gün ölkənin müxtəlif rayonlarında - Lənkəran, Salyan, Zaqatala və Şəki rayonlarında yanğın hadisəsi baş verib. Bir nəfər müxtəlif dərəcəli ağır yanıq xəsarətləri aldığına görə həyatını xilas etmək mümkün olmayıb.

 

BAKI, 14 avqust — Sputnik. Lənkəran şəhərində yanğın baş verib. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m² ) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın və dəhlizin yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Salyan rayonunun Kərimbəyli kəndində də yanğın baş verib. Hadisə zamanı ümumi sahəsi 464 m² (hər mərtəbəsi 232 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 175 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha bir dəhşətli yanğın hadisəsi Zaqatalada olub. Hadisə avqustun 13-ü, axşam saat 19:30-da rayonun Mosul kəndi ərazisində fəaliyyət göstərən qarışıq mallar mağazasında baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın qısa müddət ərazində məhdudlaşdırılıb, onun tam söndürülməsi istiqamətində iş aparılıb.

Yanğın zamanı mağazada satıcı işləyən gənc müxtəlif dərəcəli ağır yanıq xəsarətləri alıb. Gənc Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən aldığı ağır yanıq xəsarətlərindən yolda dünyasını dəyişib.

Analoji hadisə Şəkidə də qeydə alınıb. Belə ki, ötən gün axşam saat 19:30-da rayonun Kiçik Dəhnə kəndində kənd sakini İlham Kamil oğlu Süleymanova məxsus, ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 5 otaqdan və aynabənddən ibarət fərdi yaşayış evində baş verib.

Baş vermiş yanğın hadisələri ilə bağlı araşdırma aparılır.

Eləcə də oxuyun:

Teqlər:
yanğın, Azərbaycan, ölüm, Lənkəran, Zaqatala, Şəki, Salyan

Əsas mövzular