00:34 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9900
  • RUB0.0233
HADİSƏ
Qısa URL
38 0 0

Yevlax istiqamətində hərəkətdə olan yük avtomobili minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan sürücü və sərnişinlərin bir qismi hadisə yerində ölüblər.

BAKI, 14 avqust — Sputnik. Kürdəmirdə iki avtomobilin toqquşması nəticəsində ölənlər və yaralananlar var.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax yolunda, Kürdəmirin  Karrar kəndi ərazisindən  keçən hissəsində baş verib.

İlkin məlumatlara görə, Yevlax istiqamətində hərəkətdə olan yük avtomobili minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan sürücü və sərnişinlərin bir qismi hadisə yerində ölüblər.

  • Kürdəmirdə yol-nəqliyyat hadisəsi
    © Sputnik / Rashad Keremoglu
  • Kürdəmirdə yol-nəqliyyat hadisəsi
    © Sputnik / Rashad Keremoglu
  • Kürdəmirdə yol-nəqliyyat hadisəsi
    © Sputnik / Rashad Keremoglu
1 / 3
© Sputnik / Rashad Keremoglu
Kürdəmirdə yol-nəqliyyat hadisəsi

Minik maşınında olan Zərdab rayon sakinləri - 46 yaşlı Hüseynov Qalib Sabiq oğlu, 35 yaşlı Hüseynova Aytəkin Heydər qızı, 11 yaşlı Hüseynova Gülər Qalib qızı həlak olublar. 12 yaşlı Hüseynli Aynur Qalib qızı və 6 yaşlı Hüseynov Sabiq Qalib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.

Eləcə də oxuyun:

Əsas mövzular