CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gədəbəydə ağır qəza: 8 nəfər yaralandı

© AFP 2023 / PATRICK T. FALLONПеревернутый автомбиль, фото из архива
Перевернутый автомбиль, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.08.2021
Abunə olmaq
Gədəbəydə maşın dərəyə aşıb. Hadisə nəticəsində xəsarət alanların bəziləri Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndəriliblər.
BAKI, 9 avqust - Sputnik. Gədəbəy rayonunun Saratovka kəndində avtomobilin aşması nəticəsində 8 nəfər xəsarət alıb.
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, "Toyota Prado" markalı avtomobilin dərəyə aşması nəticəsində Musazadə Aysel Vüqar qızı (2008-ci il təvəllüdlü), Məmmədova Aytəkin Həsən qızı (1987-ci il təvəllüdü), Həsənova Çiçək İsmayıl qızı (1964), Musazadə Leyla Vüqar qızı (2008), Əsgərzadə Samirə Qəzənfər qızı (1987), Musayeva Vəfa Qəzənfər qızı (1988), Musazadə Fatimə Vüsal qızı (2009), Musayev Camal Vüsal oğlu (2018) xəsarət alıblar.
Onlardan vəziyyəti ağır olanlar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Eləcə də oxuyun:
Ucarda mikroavtobus qəzası: xeyli yaralı var
Yola tökülən asfaltı təcili yığmalı oldular
Xəbər lenti
0