CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ucarda mikroavtobus qəzası: xeyli yaralı var

© pixabay / RepublicaMikroavtobus qəzası
Mikroavtobus qəzası - Sputnik Azərbaycan, 1920, 08.08.2021
Abunə olmaq
Hadisə günorta saatlarında rayonun Bərgüşad kəndi yaxınlığında qeydə alınıb. Xəsarət alanlardan biri 2002-ci il təvəllüdlüdür.
BAKI, 8 avqust - Sputnik. Ucarda mikroavtobusla minik avtomobilinin toqquşmasi nəticəsində beş nəfər xəsarət alıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə günorta saatlarında rayonun Bərgüşad kəndi yaxınlığında qeydə alınıb. Qəza zamanı avtomobillərdə sürücü və sərnişinlər, Ucar rayon sakinləri - 1959-cu il təvəllüdlü Xankişi  Fərzalıyev, 1980-ci il təvəllüdlü Çingiz Məhərrəmov, 1956-cı il təvəllüdlü Qətibə Məhərrəmova, 2002-ci il təvəllüdlü Jalə  Məhərrəmova və 1979-cu il təvəllüdlü Lalə Məhərrəmova müxtəlif xəsarətlər alıblar.
Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Yol Polisi Xidməti tərəfindən araşdırma aparılır.
Eləcə də oxuyun:
Yola tökülən asfaltı təcili yığmalı oldular
Bakının əsas prospektlərindən birində qəzaların qarşısını almaq üçün yenilik
Bakıda təkərin partlayaraq iki nəfəri ağır yaralamasının GÖRÜNTÜLƏRİ
Xəbər lenti
0