https://sputnik.az/20210811/Bakida-qadin-besh-oglunu-Qacqinkomun-qarsisina-atib-getdi-427675353.html
Bakıda qadın beş oğlunu "Qaçqınkom"un qarşısına atıb getdi
Bakıda qadın beş oğlunu "Qaçqınkom"un qarşısına atıb getdi
Sputnik Azərbaycan
Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindən bildirilib ki, evini ilan basan ailə komitəyə müraciət etməyib. 11.08.2021, Sputnik Azərbaycan
2021-08-11T16:11+0400
2021-08-11T16:11+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
hadisə
"qaçqınkom"
qadın
uşaq
bakı
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40472/46/404724646_0:105:2000:1230_1920x0_80_0_0_6930ef2b0d3392ea1ae226ec6c25c333.jpg
BAKI, 11 avqust — Sputnik. Bakıda qadın biri yenidoğulmuş olmaqla beş oğlan uşağını Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin qarşısına ataraq gedib.Sputnik Azərbaycan bildirir ki, bu barədə sosial şəbəkədə video paylaşılıb. Videoda atılmış uşaqlardan biri: "Yarımçıq göz xəstəxanasının yanında yaşayırıq, evimizdən ilan çıxır. Anam gecə növbə tutur ki, birdən bizi ilan çalar", - deyərək şəraitsizlikdən şikayətlənir.Həmçinin, videoda ananın dəfələrlə komitə sədri Rövşən Rzayevin qəbuluna düşmək üçün getsə də, işçilər tərəfindən qovulduğu və bu səbəbdən övladlarına baxa bilmədiyi iddia olunur.Komitənin mətbuat xidməti departamentinin direktor müavini Nazilə Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ailədən heç bir müraciət daxil olmayıb:DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə Sputnik Azərbaycan-a açıqlamasında artıq məsələ ilə bağlı araşdırmanın aparıldığını, valideynin tapıldığını və komitədə ("Qaçqınkom"da - red.) dinlənildiyini bildirib. E.Hacıyev azyaşlıların valideyninə təhvil verildiyini vurğulayıb.Qeyd edək ki, təkcə ötən ay ərzində körpələrin valideynləri tərəfindən atılması ilə bağlı bir neçə fakt qeydə alınıb.Eləcə də oxuyun:Ucarda dəmir yolundan tapılmış yenidoğulmuş uşaq ortalıqda qalıb: Adını Tapdıq qoyublarUşağını küçəyə atan qadını doğma anası da evdən qovdu - TəfərrüatDİN körpəsini atan narkoman qadınla bağlı məlumat yaydı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40472/46/404724646_111:0:1891:1335_1920x0_80_0_0_d695a1753393f12817784827040f9035.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, "qaçqınkom", qadın, uşaq, bakı, azərbaycan
xəbərlər, "qaçqınkom", qadın, uşaq, bakı, azərbaycan
Bakıda qadın beş oğlunu "Qaçqınkom"un qarşısına atıb getdi
16:11 11.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindən bildirilib ki, evini ilan basan ailə komitəyə müraciət etməyib.
BAKI, 11 avqust — Sputnik. Bakıda qadın biri yenidoğulmuş olmaqla beş oğlan uşağını Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin qarşısına ataraq gedib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə sosial şəbəkədə video paylaşılıb. Videoda atılmış uşaqlardan biri: "Yarımçıq göz xəstəxanasının yanında yaşayırıq, evimizdən ilan çıxır. Anam gecə növbə tutur ki, birdən bizi ilan çalar", - deyərək şəraitsizlikdən şikayətlənir.
Həmçinin, videoda ananın dəfələrlə komitə sədri Rövşən Rzayevin qəbuluna düşmək üçün getsə də, işçilər tərəfindən qovulduğu və bu səbəbdən övladlarına baxa bilmədiyi iddia olunur.
Komitənin mətbuat xidməti departamentinin direktor müavini Nazilə Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ailədən heç bir müraciət daxil olmayıb:
"Sadəcə uşaqlarını qoyub gedib. Ailə ilə bağlı müvafiq araşdırma aparılacaq. Kimlik müəyyən olunduqdan sonra isə müvafiq addımlar atılacaq. Vətən müharibəsindən sonra məcburi köçkünlərin geri qayıdışı üçün şərait yaradılıb və onlar üçün hazırda Bakıda və ya hansısa rayonlarda mənzillər tikilmir və Komitənin də boş mənzil fondu yoxdur".
DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə Sputnik Azərbaycan-a açıqlamasında artıq məsələ ilə bağlı araşdırmanın aparıldığını, valideynin tapıldığını və komitədə ("Qaçqınkom"da - red.) dinlənildiyini bildirib. E.Hacıyev azyaşlıların valideyninə təhvil verildiyini vurğulayıb.
Qeyd edək ki, təkcə ötən ay ərzində körpələrin valideynləri tərəfindən atılması ilə bağlı bir neçə fakt qeydə alınıb.
Uşağını küçəyə atan qadını doğma anası da evdən qovdu -
TəfərrüatDİN körpəsini atan
narkoman qadınla bağlı məlumat yaydı