DİN körpəsini atan narkoman qadınla bağlı məlumat yaydı

© AFP 2024 / RASHIDE FRIASПолицейский в подпольной лаборатории по изготовлению синтетических наркотиков
Полицейский в подпольной лаборатории по изготовлению синтетических наркотиков - Sputnik Azərbaycan, 1920, 26.07.2021
Abunə olmaq
Rövşanə Kərimovanın azyaşlı uşağının dövlət himayəsində olan uşaq müəssisəsinə yerləşdirilməsi qərara alınıb.

BAKI, 26 iyul — Sputnik. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin özünün “Instagram” sosial şəbəkəsindəki səhifəsində paytaxtın Yasamal rayonunda yerləşən “Şaurma 1” kafesinin yanında ananın öz körpəsini daşın üzərinə qoyaraq narkotik vasitələrdən istifadə etməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılıb. Bu barədə Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Araşdırmalarla Rövşanə Kərimovanın azyaşlı uşağı ilə birlikdə küçələrdə dilənməsi, tüfeyli həyat tərzi keçirməsi, daimi yaşayış yerinin olmaması, narkotik vasitə aludəçisi olması müəyyən edilib. Qeyd olunan səbəblərə görə onun barəsində müvafiq məlumatlar toplanılaraq aidiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına təqdim olunub. Rövşanə Kərimovanın azyaşlı uşağının dövlət himayəsində olan uşaq müəssisəsinə yerləşdirilməsi qərara alınıb.

Mövcud vəziyyətdə uşağın təhlükəsizliyinin təmin edilməsi üçün Baş Prokurorluq tərəfindən aidiyyəti rayon məhkəməsinə Rövşanə Kərimovanın valideynlik hüququnun məhdudlaşdırılması barədə mülki iddia qaldırılıb.

Xatırladaq ki, ötən həftə "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" səhifəsində daha bir yenidoğulmuşun küçəyə atılması ilə bağlı məlumat paylaşmışdı.

O, psixotropik maddə istifadəçisi olan ananın görüntülərini yayaraq paylaşımında ““Patı”dan istifadə edən ana və körpəsi lentə alınıb" deyə yazıb.

Bu görüntülərin yayılmasından dərhal sonra DİN tərəfindən araşdırma başlanılıb.

Həmçinin oxuyun:

* Baş Prokurorluq səfil vəziyyətdə olan dörd uşaqla bağlı məsələyə münasibət bildirdi

Narkoman ana və Abşeronda səfil vəziyyətdə tapılan dörd körpənin aqibəti

* Psixiatr - ""Patı" istifadəçilərinin evdə müalicəsi çətindir"

Xəbər lenti
0