19:26 03 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
537 0 0

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir

BAKI, 22 yanvar — Sputnik. Yanvarın 20-dən 21-nə keçən gecə Bakının Qaradağ rayonunda qətl törədilib. Belə ki, 25 yaşlı kişi 21 yaşlı arvadını öldürüb. Bu barədə Sputnik Azərbaycan-a Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib.

Məlum olub ki, ötən gecə saat 02:10-da Cəlilabad rayonunun 1993-cü il təvəllüdlü sakini, Lökbatan qəsəbəsində kirayə mənzildə yaşayan Elvin Qəhrəmanlı yanında yatan həyat yoldaşı, 1997-ci il təvəllüdlü Günel Qəhrəmanlını yastıqla boşaraq öldürüb.

Təqsirləndirilən şəxs Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin dindirmə zamanı cavan oğlan arvadını qısqanclıq zəminində öldürdüyünü bildirib. Cavanlar bu yaxınlarda evləniblərmiş.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.

Əlaqədar

Qazaxda ailə faciəsi: 8 və 10 yaşlı iki qardaş boğularaq ölüb
Bakıda dəhşətli faciə: bütün ailə üzvlərinin mənzildə meyitləri tapıldı
Zaqatalada bir ailə faciənin eşiyindən dönüb
Teqlər:
Günel Qəhrəmanlı, Elvin Qəhrəmanlı, arvad, ər, Qaradağ rayonu, qətl, Bakı, polis

Əsas mövzular