BAKI, 22 yanvar — Sputnik. Yanvarın 20-dən 21-nə keçən gecə Bakının Qaradağ rayonunda qətl törədilib. Belə ki, 25 yaşlı kişi 21 yaşlı arvadını öldürüb. Bu barədə Sputnik Azərbaycan-a Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib.
Məlum olub ki, ötən gecə saat 02:10-da Cəlilabad rayonunun 1993-cü il təvəllüdlü sakini, Lökbatan qəsəbəsində kirayə mənzildə yaşayan Elvin Qəhrəmanlı yanında yatan həyat yoldaşı, 1997-ci il təvəllüdlü Günel Qəhrəmanlını yastıqla boşaraq öldürüb.
Təqsirləndirilən şəxs Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin dindirmə zamanı cavan oğlan arvadını qısqanclıq zəminində öldürdüyünü bildirib. Cavanlar bu yaxınlarda evləniblərmiş.
Faktla bağlı AR Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.