16:13 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
HADİSƏ
Qısa URL
29501

Nərgiz Cabbarlı: "Mən sədrin "əlaltısı" kimi tanınan, redaksiyanın baş redaktoru Nadir Axundovun əməllərinə etiraz etdiyim üçün qanunsuz olaraq işdən çıxarılmışam"

BAKI, 25 okt — Sputnik. AzTV-nin Musiqi verlişləri redaksiyasının sabiq əməkdaşı, tanınmış rejissor Nərgiz Cabbarlı, televiziyanın rəhbəri Arif Alışanovdan Avropa Məhkəməsinə şikayət edib. Bu haqda Sputnik-ə tanınmış N. Cabbarlı özü məlumat verib.

Arif Alışanov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri
© AzTV-nin mətbuat xidməti

Rejissorun sözlərinə görə, yerli məhkəmələr ədaləti bərpa etmədiyi üçün bu addımı atıb: "Mən AzTV-nin uğursuz sədri Arif Alışanovun qanunsuz göstərişi ilə işdən çıxarılmışam. Yerli məhkəmələr ədaləti bərpa etmədiyi üçün Avropa Məhkəməsinə müraciət etmişəm. Şikayətim qəbul edilib və yaxın vaxtlarda məsələyə baxılacaq".

N. Cabbarlı bildirb ki, AzTV-nin sədri A. Alışanovun "əlaltısı" kimi tanınan, redaksiyanın baş redaktoru Nadir Axundovun əməllərinə etiraz etdiyi üçün qanunsuz olaraq işdən çıxarılıb: "Təbii ki, bu işdə qeyri-peşəkar sədr Arif Alışanovun "zəngin və parlaq" keçmişinə bələd olmağım da öz rolunu oynayıb. Çünki, bu ləkələri keçmiş sədrin ağrılı yeridir".

Xanım rejissor iddia edib ki, daim hakimləri ələ alması ilə lovğalanan A. Alışanov və N. Axundov ədalətdən gizlənə bilməyəcək: "Bir də nəzərdən qaçırmasınlar ki, Allah aşkar-gizlin olan hər şeyi görür və gec-tez bütün günahkarların cəzasını verir. AzTV cılız kilkə balıqlarının, yox, mənəviyyat və peşəkarlıq baxımından balinaların yeri olmalıdır".

Əlaqədar

AzTV sədri Qulu Məhərrəmlidən məhkəməyə şikayət edib
İbrahim Məmmədov AzTV-nin sədr müavini vəzifəsindən azad edilib
Teqlər:
Nadir Axundov, Avropa Məhkəməsi, Nərgiz Cabbarlı, AzTV, şikayət, Arif Alışanov

Əsas mövzular