Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tanınmış rejissor AzTV-dən Avropa Məhkəməsinə şikayət edib

© Photo : AzTVAzTV-nin inzibati binası
AzTV-nin inzibati binası - Sputnik Azərbaycan
Abunə olmaq
Nərgiz Cabbarlı: "Mən sədrin "əlaltısı" kimi tanınan, redaksiyanın baş redaktoru Nadir Axundovun əməllərinə etiraz etdiyim üçün qanunsuz olaraq işdən çıxarılmışam"

BAKI, 25 okt — Sputnik. AzTV-nin Musiqi verlişləri redaksiyasının sabiq əməkdaşı, tanınmış rejissor Nərgiz Cabbarlı, televiziyanın rəhbəri Arif Alışanovdan Avropa Məhkəməsinə şikayət edib. Bu haqda Sputnik-ə tanınmış N. Cabbarlı özü məlumat verib.

Arif Alışanov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri - Sputnik Azərbaycan
AzTV-nin rəhbəri məhkəməyə gəlmədi

Rejissorun sözlərinə görə, yerli məhkəmələr ədaləti bərpa etmədiyi üçün bu addımı atıb: "Mən AzTV-nin uğursuz sədri Arif Alışanovun qanunsuz göstərişi ilə işdən çıxarılmışam. Yerli məhkəmələr ədaləti bərpa etmədiyi üçün Avropa Məhkəməsinə müraciət etmişəm. Şikayətim qəbul edilib və yaxın vaxtlarda məsələyə baxılacaq".

N. Cabbarlı bildirb ki, AzTV-nin sədri A. Alışanovun "əlaltısı" kimi tanınan, redaksiyanın baş redaktoru Nadir Axundovun əməllərinə etiraz etdiyi üçün qanunsuz olaraq işdən çıxarılıb: "Təbii ki, bu işdə qeyri-peşəkar sədr Arif Alışanovun "zəngin və parlaq" keçmişinə bələd olmağım da öz rolunu oynayıb. Çünki, bu ləkələri keçmiş sədrin ağrılı yeridir".

Xanım rejissor iddia edib ki, daim hakimləri ələ alması ilə lovğalanan A. Alışanov və N. Axundov ədalətdən gizlənə bilməyəcək: "Bir də nəzərdən qaçırmasınlar ki, Allah aşkar-gizlin olan hər şeyi görür və gec-tez bütün günahkarların cəzasını verir. AzTV cılız kilkə balıqlarının, yox, mənəviyyat və peşəkarlıq baxımından balinaların yeri olmalıdır".

Xəbər lenti
0