AzTV-nin rəhbəri məhkəməyə gəlmədi

© © AzTV-nin mətbuat xidmətiArif Alışanov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri
Arif Alışanov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Arif Alışanovla Qulu Məhərrəmlinin məhkəməsi başlayıb.

BAKI, 1 aprel-Sputnik. Yasamal Rayon Məhkəməsində Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun professor, əməkdar jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin baxışa hazırlıq iclası başlayıb.

Sputnik-in məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndələri çıxış ediblər.

Prosesdə Q.Məhərrəmli iştirak etsə də, A.Alışanovu onun nümayəndəsi təmsil edib.

İşə baxılmayıb və proses təxirə salınıb. Məhkəmənin təxirə salınmasına səbəb şikayətçinin prosesdə iştirak etməməsi olub. Belə ki, Q.Məhərrəmli A.Alışanovun prosesdə iştirak etməsinə dair vəsatət qaldırıb. Növbəti məhkəmə iclasının vaxtı bir həftə ərzində açıqlanacaq.

Arif Alışanov və Qulu Məhərrəmli arasında mübahisə jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb.

Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mülki qaydada ona dəymiş ziyanın ödənilməsi üçün Q.Məhərrəmlidən 100 min manat pul tələb edib.

AzTV rəhbəri öz ərizəsində həmin pulu Körpələr Evinə verəcəyini göstərib.

Alışanov həmçinin Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib.

Xəbər lenti
0