05:48 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
6611

Azər Rəşidoğlu: "Acınacaqlı vəziyyət yaranıb. 2 gün ərzində 955 nömrəli "qaynar xətt"ə dəfələrlə zəng eləmişik, idarəyə getmişik, su borusunu təmir edən yoxdur"

BAKI, 23 sen — Sputnik. Artıq 2 gündür ki, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən evlərin qarşısı suyun içindədir. Buna səbəb ərazidən keçən su borusunun partlaması və suyun küçəyə yayılmasıdır.

Bu barədə Sputnik-ə, həmin küçədə yaşayan jurnalsit Azər Rəşidoğlu məlumat verib. O, "Azərsu" ASC-nin "qaynar xətti"ndən də şikayət edib: "Acınacaqlı vəziyyət yaranıb. 2 gün ərzində 955 nömrəli "qaynar xətt"ə dəfələrlə zəng eləmişik, idarəyə getmişik, su borusunu təmir edən yoxdur. Belə "qaynar xətt" və yarıtmaz iş kimə lazımdır? Vətəndaşların ən sadə proemlemini də həll etmək istəmirlər".

Məsələ ilə əlaqədar "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti ilə əlaqə saxladıq. Bildirdilər ki, hazırda qurumun əməkdaşları hadisə yerindədirlər: "Hazırda əməkdaşlarımız həmin ünvanda iş aparırlar. Problem tezliklə həllini tapacaq".

Əlaqədar

Azərbaycanlıların sevdiyi şəhər su altında qalıb
Bakının bəzi ərazilərində içməli su problemi yaşanacaq
Bakının 7 rayonunda 1 sutka su problemi yaşanacaq
Şamaxıda avtomobil yolu su altında qalıb
Teqlər:
Azər Rəşidoğlu, "Azərsu" ASC, su, 1-ci yaşayış massivi, Badamdar

Əsas mövzular