Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Badamdarı su basıb

© Sputnik / Irade JELILBadamdar
Badamdar - Sputnik Azərbaycan
Abunə olmaq
Azər Rəşidoğlu: "Acınacaqlı vəziyyət yaranıb. 2 gün ərzində 955 nömrəli "qaynar xətt"ə dəfələrlə zəng eləmişik, idarəyə getmişik, su borusunu təmir edən yoxdur"

BAKI, 23 sen — Sputnik. Artıq 2 gündür ki, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən evlərin qarşısı suyun içindədir. Buna səbəb ərazidən keçən su borusunun partlaması və suyun küçəyə yayılmasıdır.

Gəncənin Əziz Əliyev küçəsindəki kanalizaya xəttinin dağılması nəticəsində ortaya belə acınacaqlı mənzərə çıxıb - Sputnik Azərbaycan
Bu küçədən keçmək məsləhət deyil

Bu barədə Sputnik-ə, həmin küçədə yaşayan jurnalsit Azər Rəşidoğlu məlumat verib. O, "Azərsu" ASC-nin "qaynar xətti"ndən də şikayət edib: "Acınacaqlı vəziyyət yaranıb. 2 gün ərzində 955 nömrəli "qaynar xətt"ə dəfələrlə zəng eləmişik, idarəyə getmişik, su borusunu təmir edən yoxdur. Belə "qaynar xətt" və yarıtmaz iş kimə lazımdır? Vətəndaşların ən sadə proemlemini də həll etmək istəmirlər".

Məsələ ilə əlaqədar "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti ilə əlaqə saxladıq. Bildirdilər ki, hazırda qurumun əməkdaşları hadisə yerindədirlər: "Hazırda əməkdaşlarımız həmin ünvanda iş aparırlar. Problem tezliklə həllini tapacaq".

Xəbər lenti
0