00:06 19 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
SƏHİYYƏ
Qısa URL
21 0 0

Həkim qeyd edib ki, virus infeksiyasına yoluxmuş xəstə yetəri qədər yuxusunu almalı, sağlam qidalanmalı və müvəqqəti olaraq spirtli içkilərdən imtina etməlidir.

BAKI, 13 sentyabr — Sputnik. Bir çox virus infeksiyalarının xüsusiyyəti ondadır ki, onların müalicəsi üçün dərman yoxdur, bu vəziyyətdə insan orqanizmi xəstəliyi özü məğlub etməlidir. Sağalmanı necə sürətləndirmək barədə fikirlərini həkim-terapevt Aleksey Xuxrev Sputnik radiosuna müsahibəsində bölüşüb.

Mövcud virusa qarşı dərmanlar orqanizmə kəskin respirator virus infeksiyasına (KRVİ) səbəb olan bəzi patogenlərin öhdəsindən gəlməkdə kömək edir. Virusların səbəb olduğu, amma çoxlarının soyuqdəymə adlandırdığı müxtəlif kəskin respirator xəstəliklərin qarşısını almaq olduqca çətindir. Çünki qrip və ya COVID-19-a qarşı vaksin var, amma soyuqdəyməyə qarşı peyvənd yoxdur.

Xuxrevin fikrincə, virusa qarşı dərmanlar KRVİ-nin kökünü kəsməsə də, adamlar immun sistemini gücləndirən vitaminləri qəbul edərək sağalmanı sürətləndirə bilərlər.

"Məsələn, əsas D vitamininin səviyyəsini izləmək vacibdir. O, birbaşa immunitetin effektivliyinə təsir edir. Əgər insan xəstə olarsa və orqanizmdə D vitamininin səviyyəsinin aşağı olması sübut olunarsa, o zaman vitaminlər qəbul etmək lazımdır", - deyə həkim-terapevt bildirib.

Həkim qeyd edib ki, virus infeksiyasına yoluxmuş xəstə yetəri qədər yuxusunu almalı, sağlam qidalanmalı və müvəqqəti olaraq spirtli içkilərdən imtina etməlidir.

Bu sadə qaydaların pozulması sağalmanı ləngidə bilər. Bundan əlavə, virus xəstəliyindən sonra aktiv həyata çox tez qayıtmaq orqanizmin tez sağalmasına mane ola bilər.

"Virus xəstəliyi zamanı qanda çox vaxt leykositlərin səviyyəsində azalma baş verir. Buna görə də, əgər insan tam sağalmadıqda özünü soyuğa verərsə, virus infeksiyasından əlavə bakteriyalara yoluxa bilər. Bu, dərhal vəziyyəti çətinləşdirə bilər", - deyə Xuxrev bildirib.

Eləcə də oxuyun:

Əsas mövzular