07:58 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
DÜNYA
Qısa URL
13 0 0

İranın Sanitar və Qida Keyfiyyətinə Nəzarət İdarəsinin rəhbəri məlumat verib ki, Kuba peyvəndi İranda "PastoCoVac" adı ilə istehsal edilir.

BAKI, 9 sentyabr — Sputnik. Kuba istehsalı olan "Soberana-2" peyvəndinin İranda 2 yaşından 18 yaşınadək olan uşaqlara vurulmasına icazə verilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə İranın Sanitar və Qida Keyfiyyətinə Nəzarət İdarəsinin rəhbəri Kiyanuş Cahanpur məlumat verib. O bildirib ki, Kuba peyvəndi İranda "PastoCoVac" adı ilə istehsal edilir və sentyabr ayının ikinci yarısından etibarən 2-18 yaşındakı uşaqlara vurulacaq. Bu peyvənd sınaqdan keçirilib və səmərəli olduğu müəyyənləşib.

İranın Səhiyyə Nazirliyi isə son 24 saat ərzində ölkədə 26 min 821 nəfərin koronavirusa yoluxması, 505 nəfərin yoluxaraq ölməsi haqqında məlumat yayıb. Məlumata əsasən İranda virusa yoluxanların ümumu sayı 5 milyon 237 min 799 nəfərə, ölənlərin sayı isə 112 min 935-ə çatıb.

Xəstəxanalarda müalicə alan 7 min 486 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 4 milyon 481 min 814 nəfər müalicə alaraq sağalıb.

Nəzərə çatdırmaq lazımdır ki, İranda peyvənd çatışmazlığı məsələsi artıq həll olunub. Ölkədə əhalinin peyvəndlənməsi prosesi sürətlə həyata keçirilir.

Qeyd edək ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi. 

Əsas mövzular