https://sputnik.az/20210913/KRV-zaman-saalman-nec-srtlndirmk-olar-427913156.html
KRVİ zamanı sağalmanı necə sürətləndirmək olar?
KRVİ zamanı sağalmanı necə sürətləndirmək olar?
Sputnik Azərbaycan
Həkim qeyd edib ki, virus infeksiyasına yoluxmuş xəstə yetəri qədər yuxusunu almalı, sağlam qidalanmalı və müvəqqəti olaraq spirtli içkilərdən imtina... 13.09.2021, Sputnik Azərbaycan
2021-09-13T21:33+0400
2021-09-13T21:33+0400
2021-09-13T20:40+0400
xəbərlər
cəmiyyət
səhiyyə
https://cdnn1.img.sputnik.az/img/42432/46/424324636_0:4:2000:1129_1920x0_80_0_0_bdd84ceedadc29fba9a5a2ae80079a13.jpg
BAKI, 13 sentyabr — Sputnik. Bir çox virus infeksiyalarının xüsusiyyəti ondadır ki, onların müalicəsi üçün dərman yoxdur, bu vəziyyətdə insan orqanizmi xəstəliyi özü məğlub etməlidir. Sağalmanı necə sürətləndirmək barədə fikirlərini həkim-terapevt Aleksey Xuxrev Sputnik radiosuna müsahibəsində bölüşüb.Mövcud virusa qarşı dərmanlar orqanizmə kəskin respirator virus infeksiyasına (KRVİ) səbəb olan bəzi patogenlərin öhdəsindən gəlməkdə kömək edir. Virusların səbəb olduğu, amma çoxlarının soyuqdəymə adlandırdığı müxtəlif kəskin respirator xəstəliklərin qarşısını almaq olduqca çətindir. Çünki qrip və ya COVID-19-a qarşı vaksin var, amma soyuqdəyməyə qarşı peyvənd yoxdur.Xuxrevin fikrincə, virusa qarşı dərmanlar KRVİ-nin kökünü kəsməsə də, adamlar immun sistemini gücləndirən vitaminləri qəbul edərək sağalmanı sürətləndirə bilərlər."Məsələn, əsas D vitamininin səviyyəsini izləmək vacibdir. O, birbaşa immunitetin effektivliyinə təsir edir. Əgər insan xəstə olarsa və orqanizmdə D vitamininin səviyyəsinin aşağı olması sübut olunarsa, o zaman vitaminlər qəbul etmək lazımdır", - deyə həkim-terapevt bildirib.Həkim qeyd edib ki, virus infeksiyasına yoluxmuş xəstə yetəri qədər yuxusunu almalı, sağlam qidalanmalı və müvəqqəti olaraq spirtli içkilərdən imtina etməlidir.Bu sadə qaydaların pozulması sağalmanı ləngidə bilər. Bundan əlavə, virus xəstəliyindən sonra aktiv həyata çox tez qayıtmaq orqanizmin tez sağalmasına mane ola bilər."Virus xəstəliyi zamanı qanda çox vaxt leykositlərin səviyyəsində azalma baş verir. Buna görə də, əgər insan tam sağalmadıqda özünü soyuğa verərsə, virus infeksiyasından əlavə bakteriyalara yoluxa bilər. Bu, dərhal vəziyyəti çətinləşdirə bilər", - deyə Xuxrev bildirib.Eləcə də oxuyun:Çində yeni növ koronavirus infeksiyası ocağı aşkar edilibABŞ zooparklarının birində ondan çox qorilla koronavirusa yoluxubİranda 2-18 yaşındakı uşaqlara da peyvənd vurulacaqAzərbaycanda üç yeniyetmə vaksin olundu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42432/46/424324636_220:0:2000:1335_1920x0_80_0_0_81e0cae40b0232eafbbea52d7164b104.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
KRVİ zamanı sağalmanı necə sürətləndirmək olar?
Həkim qeyd edib ki, virus infeksiyasına yoluxmuş xəstə yetəri qədər yuxusunu almalı, sağlam qidalanmalı və müvəqqəti olaraq spirtli içkilərdən imtina etməlidir.
BAKI, 13 sentyabr — Sputnik. Bir çox virus infeksiyalarının xüsusiyyəti ondadır ki, onların müalicəsi üçün dərman yoxdur, bu vəziyyətdə insan orqanizmi xəstəliyi özü məğlub etməlidir. Sağalmanı necə sürətləndirmək barədə fikirlərini həkim-terapevt Aleksey Xuxrev Sputnik radiosuna müsahibəsində bölüşüb.
Mövcud virusa qarşı dərmanlar orqanizmə kəskin respirator virus infeksiyasına (KRVİ) səbəb olan bəzi patogenlərin öhdəsindən gəlməkdə kömək edir. Virusların səbəb olduğu, amma çoxlarının soyuqdəymə adlandırdığı müxtəlif kəskin respirator xəstəliklərin qarşısını almaq olduqca çətindir. Çünki qrip və ya COVID-19-a qarşı vaksin var, amma soyuqdəyməyə qarşı peyvənd yoxdur.
Xuxrevin fikrincə, virusa qarşı dərmanlar KRVİ-nin kökünü kəsməsə də, adamlar immun sistemini gücləndirən vitaminləri qəbul edərək sağalmanı sürətləndirə bilərlər.
"Məsələn, əsas D vitamininin səviyyəsini izləmək vacibdir. O, birbaşa immunitetin effektivliyinə təsir edir. Əgər insan xəstə olarsa və orqanizmdə D vitamininin səviyyəsinin aşağı olması sübut olunarsa, o zaman vitaminlər qəbul etmək lazımdır", - deyə həkim-terapevt bildirib.
Həkim qeyd edib ki, virus infeksiyasına yoluxmuş xəstə yetəri qədər yuxusunu almalı, sağlam qidalanmalı və müvəqqəti olaraq spirtli içkilərdən imtina etməlidir.
Bu sadə qaydaların pozulması sağalmanı ləngidə bilər. Bundan əlavə, virus xəstəliyindən sonra aktiv həyata çox tez qayıtmaq orqanizmin tez sağalmasına mane ola bilər.
"Virus xəstəliyi zamanı qanda çox vaxt leykositlərin səviyyəsində azalma baş verir. Buna görə də, əgər insan tam sağalmadıqda özünü soyuğa verərsə, virus infeksiyasından əlavə bakteriyalara yoluxa bilər. Bu, dərhal vəziyyəti çətinləşdirə bilər", - deyə Xuxrev bildirib.
İranda
2-18 yaşındakı uşaqlara da peyvənd vurulacaq
Azərbaycanda
üç yeniyetmə vaksin olundu