CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan insanı ən çox hansı xəstəliklərdən şikayətlənir

© Sputnik / Rahim MuradovМашина скорой помощи, фото и архива
Машина скорой помощи, фото и архива  - Sputnik Azərbaycan, 1920, 18.08.2021
Abunə olmaq
Yanvar-iyul ayları ərzində 2393001 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 11042291 tibbi xidmət göstərilib.
 
BAKI, 18 avqust — Sputnik. İyul ayında Bakı və Sumqayıt, eləcə də ölkənin 58 rayon və şəhəri tibbi ərazi bölmələri üzrə tibb müəssisələrinə ən çox edilən müraciətlər açıqlanıb.
Hərbi xidmətə gedənlər liderdir
Sputnik Azərbaycan xəbər verir ki, Bakı və Sumqayıtda müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, həzm, tənəffüs sistemi xəstəlikləri, mamalıq və ginekologiya, zədələr və zəhərlənmələr, sinir sistemi, habelə sidik-cinsiyyət sistemi xəstəlikləri ilə bağlı olub.
Ölkənin 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu isə əhalinin sağlamlıq vəziyyətinə təsir edən amillər, qan dövranı sistemi, endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət, həzm, tənəffüs, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, zədələr və zəhərlənmələr, habelə, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub.
İcbari tibbi sığorta üzrə yarım milyon müraciət
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin iyul ayı ərzində 58 şəhər və rayonda 329754 vətəndaşa 1184204 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 537001 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1018178-i ambulator, 166026-sı isə stasionar şəraitdə göstərilib.
Bu ilin iyul ayı üzrə sözügedən regionlara dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:
TOP-10
Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir (386) və Şirvan (177) şəhərləri, Ağdaş (171), Yevlax (160), Qəbələ (155), Beyləqan (155), Qax (153), Göygöl (148) rayonları, Gəncə şəhəri (146), Ağstafa (144) rayonu.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (124 853), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (98 656), Xaçmaz (60 213), Yevlax (55 651), Ağdaş (36 401), Şəki (36 386), Quba (35 306), Bərdə (32 474), Göyçay (32 355) və Zaqatala (30 674) rayon mərkəzi xəstəxanaları.
Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Xaçmaz, Yevlax, Ağdaş, Şəki, Quba, Bərdə, Göyçay və Zaqatala rayon mərkəzi xəstəxanaları.
Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz, Qusar, Yevlax, Şəki, Ağdaş, Quba rayon mərkəzi xəstəxanaları, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Göyçay Rayon Mərkəzi Xəstəxanası.
58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu əhalinin sağlamlıq vəziyyətinə təsir edən amillər, qan dövranı sistemi, endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət, həzm, tənəffüs, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, zədələr və zəhərlənmələr, habelə, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub.
Tibbi xidmət sayı üzrə göstəricilər
2021-ci ilin iyul ayı ərzində 11 tibbi ərazi bölməsi (TƏB) üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar):
Bərdə-Yevlax TƏB (264 266), Şəki-Zaqatala TƏB (164 698), Quba-Xaçmaz TƏB (164 083), Gəncə TƏB (152 570), Şəmkir-Tovuz TƏB (88 034), Göyçay-Kürdəmir TƏB (76 820), Dağlıq Şirvan TƏB (73 871), Ağdam-Ağcabədi TƏB (68 962), İmişli-Sabirabad TƏB (54 678), Lənkəran TƏB (42 322) və Cəlilabad-Salyan TƏB (33 900).
01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən, icbari tibbi sığortanın tətbiq edildiyi 58 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 milyon 560 min 500 nəfər təşkil edir.
Məlumat üçün bildirək ki, bütün ölkə üzrə iyul ayı ərzində 522605 nəfərə 849104 müraciət üzrə 1807764 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1478769-u ambulator, 328995-i isə stasionar şəraitdə göstərilib.
Özəl müəssisələrə göndərilənlər
İlkin hesablamalara görə, 2021-ci ilin yanvar-iyul ayları ərzində ölkə üzrə 7 680 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlar və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 262 nəfərini uşaqlar təşkil edib. Ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 2367, oftalmologiya üzrə 1141, urologiya üzrə 471, neyrocərrahiyyə üzrə 332, travmatologiya üzrə 279, LOR üzrə 123, ümumi cərrahiyə üzrə 37, digər sahələr üzrə 14, mamalıq və ginekologiya üzrə 8 nəfər əməliyyat olunub. Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 101 nəfər isə 18 yaşdan aşağı şəxslər olub. Eyni zamanda 18 yaşdan yuxarı 2908 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Qeyd edək ki, tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.
Bu ilin yanvar-iyul ayları ərzində isə 2393001 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 11042291 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 9054679-u (82%) 18 yaşdan yuxarı, 1987612-si (18%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.
İyul göstəriciləri
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin iyul ayı ərzində Bakı TƏB-i üzrə 169449 və Sumqayıt TƏB-i üzrə 33361 (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar) vətəndaşa ümumilikdə 623 560 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 312103 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 460591-i ambulator, 162969-u isə stasionar şəraitdə göstərilib.
İyul ayı üzrə sözügedən tibbi ərazi bölmələrinə dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:
Bakı TƏB-i üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan rayonlar: Nərimanov (197), Sabunçu (191), Yasamal (183), Pirallahı (142), Nəsimi (139), Xəzər (134), Səbail (113), Suraxanı (94), Xətai (55) və Qaradağ (51).
Sumqayıt TƏB-i üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 83 təşkil edib.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu : Sumqayıt Tibb Mərkəzi (87070), Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası (75677), Kliniki Tibb Mərkəz (52974), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (46875), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (45234), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (37767), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (19639), Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (15003), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (14435) və M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (8714).
Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, Kliniki Tibb Mərkəz, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və 13 Nömrəli Uşaq Poliklinikası.
Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibb Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu.
Bakı və Sumqayıt TƏB-ləri üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, həzm, tənəffüs sistemi xəstəlikləri, mamalıq və ginekologiya, zədələr və zəhərlənmələr, sinir sistemi, habelə sidik-cinsiyyət sistemi xəstəlikləri ilə bağlı olub.
İyul ayı ərzində Bakı TƏB üzrə 529113, Sumqayıt TƏB üzrə isə 94447 tibbi xidmət göstərilib. 01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən Bakı və Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 47 min nəfər təşkil edir. Məlumat üçün bildirək ki, bütün ölkə üzrə iyul ayı ərzində 522605 nəfərə 849104 müraciət üzrə 1807764 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1478769-u ambulator, 328995-i isə stasionar şəraitdə göstərilib. İlkin hesablamalara görə, yanvar- iyul ayları ərzində ölkə üzrə 7680 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlar və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilib ki, bu şəxslərin 262 nəfərini uşaqlar təşkil edib. Ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 2367, oftalmologiya üzrə 1141, urologiya üzrə 471, neyrocərrahiyyə üzrə 332, travmatologiya üzrə 279, LOR üzrə 123, ümumi cərrahiyə üzrə 37, digər sahələr üzrə 14, mamalıq və ginekologiya üzrə 8 nəfər əməliyyat olunub. Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 101 nəfər isə 18 yaşdan aşağı şəxslər olub. Eyni zamanda 18 yaşdan yuxarı 2908 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Qeyd edək ki, tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.
Yanvar-iyul ayları ərzində isə 2393001 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 11042291 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 9054679-u (82%) 18 yaşdan yuxarı, 1987612-si (18%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.
Eləcə də oxuyun: 
"Əlillik" üzərində qurulan daha bir oyun
Bakıda böyük təmizlik başlayıb: vaksinasiyaya görə reyd də keçirilir
Baş infeksionist əks-göstəriş sertifikatlarının kimlərə verilə biləcəyini açıqladı
Müxtəlif viruslar artıb: Uşaqlara COVID-19 əleyhinə vaksin vurulmalıdırmı?
Xəbər lenti
0