CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş infeksionist əks-göstəriş sertifikatlarının kimlərə verilə biləcəyini açıqladı

© Photo : TRENDTəyyar Eyvazov
Təyyar Eyvazov  - Sputnik Azərbaycan, 1920, 12.08.2021
Abunə olmaq
Baş infeksionist Təyyar Eyvazov deyib ki, şəkərli diabet və onkoloji xəstəlik kimi bir sıra xroniki xəstəliklərin kəskin dövründə əks-göstəriş sertifikatı verilə bilər
Təyyar Eyvazov: “Bunlar qəti əks-göstərişlərdir”
Əks-göstəriş sertifikatları əsasən vaksinasiyanın hər hansı komponentinə ağır dərəcədə adekvat reaksiyası olan şəxslərə, hamiləlik və südvermə dövründə olan qadınlara veriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu baş infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, bunlar qəti əks-göstərişlərdir, amma əlavə olaraq nisbi əks-göstərişlər də var:“Şəkərli diabet və onkoloji xəstəlik kimi bir sıra xroniki xəstəliklərin kəskin dövründə əks-göstəriş sertifikatı verilə bilər. Komissiyalar bunu dəyərləndirəcək, amma hələ işlərə tam başlanılmayıb. Həmin xəstələr sağaldıqdan sonra hesab edirəm ki, vaksinasiya olunacaqlar”.
Təyyar Eyvazovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0