23:14 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
SƏHİYYƏ
Qısa URL
Yeni tip koronavirus pandemiyası (743)
20 0 0

"Delta" ştammı Avropada çox geniş yayılıb və qarşıdakı aylarda bütün dünyada ən geniş yayılmış ştamm olacaq.

BAKI, 24 iyul — Sputnik. Koronavirus pandemiyasının başa çatmasına hələ çox var. "Delta" ştammı Avropada çox geniş yayılıb və qarşıdakı aylarda bütün dünyada ən geniş yayılmış ştamm olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, Avropa Xəstəliklərin Profilaktikası və onlara Nəzarət Mərkəzinin və ÜST-ün Avropa Regional Bürosunun məlumatında bu barədə xəbərdarlıq edilib.

Məlumata görə, aparılmış müşahidələr göstərir ki, iyunun 28-dən iyulun 11-dək təhlil üçün kifayət qədər məlumat təqdim etmiş 28 ölkədən 19-da "Delta" ştammı üstünlük təşkil edir. Cari meyllərin təhlili belə deməyə əsas verir ki, qarşıdakı aylarda "Delta" variantı qlobal miqyasda üstünlük təşkil edəcək. Avropa ölkələrinin, demək olar ki, hamısında bu ştamm aşkar edilib. Əgər daha güclü virus yaranmasa, "Delta" variantı geniş yayılmaqda davam edəcək".

ÜST-ün Avropa Regional Bürosunun direktoru Hans Klüge deyib: "Pandemiyanın başa çatmasına hələ çox var. Təəssüf ki, bizim regiona daxil olan ölkələrin çoxunda "Delta" ştammının yayılması hallarının xeyli artması müşahidə olunur".

H.Klüge daha sonra bildirib ki, əhalinin peyvəndlənməsi üzrə bütün səylərə baxmayaraq, milyonlarla insan hələ də peyvəndlənməyib və bu səbəbdən onların xəstəxanaya düşmək riski qalır.

Koronavirusun ştammları

Xatırladaq ki, Uhanda SARS-Cov-2 yeni tip koronavirusunun yayılması barədə məlumatı 2019-cu il dekabrın 31-də Çin Ümumdünya Səhiyyə Təşkilatına verib. 2020-ci ilin martında isə ÜST koronavirus epidemiyasını pandemiya elan edib.

2021-ci il iyunun 2-də Ümumdünya Səhiyyə Təşkilatı qərar verib ki, COVID-19-a səbəb olan koronavirus ştammları bundan sonra yunan əlifbasının hərfləri ilə adlandırılsın.

Bunadək koronavirus ştammları "coğrafi" adlarla bilinirdi – virusun yeni versiyası hansı ölkədə geniş yayılırdısa, həmin ölkənin adı ilə da adlandırılırdı. Ancaq ÜST-də belə hesab etdilər ki, bu sistem ayrı-seçkiliyə səbəb olur və ölkələr haqqında əsassız mənfi assosiasiya yarada bilər. Elə bu səbəbdən də, SARS-CoV-2-nin "Çin mənşəli" virus adlandırılmasına son qoyulub.

Beləliklə, hazırda koronavirusun "Britaniya" ştammı "Alfa", Cənubi Afrika ştammı "Beta", "Braziliya" ştammı "Qamma", Hindistan ştammı "Delta", Cənubi Amerika ştammı isə "lyambda" adlandırılır.

Xatırladaq ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumata görə, son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı aşkar olunub. Nümunələrdən 9-da isə B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.

Onu da əlavə edək ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb.

Eləcə də oxuyun:

Mövzu:
Yeni tip koronavirus pandemiyası (743)
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, ştamm, "Delta" ştammı, pandemiya

Əsas mövzular