13:12 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
SƏHİYYƏ
Qısa URL
10 0 0

TƏBİB beş rayonun mərkəzi xəstəxanasında yoxlamalar aparıb, regional monitorinqlərin davam edəcəyini açıqlayıb.

BAKI, 7 iyul — Sputnik. Tibbi Ərazi Bölmlərini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində fəaliyyət göstərən Təcili Yardım Şöbələrinin (TYŞ) struktur və fəaliyyətlərinin standartlara uyğunlaşdırılması məqsədilə regionlar üzrə monitorinqlərə başlanılıb.

TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, ilkin olaraq qurumun aidiyyəti departamentlərinin əməkdaşlarından ibarət qrup tərəfindən Qusar, Quba, Şabran, Siyəzən, Xızı Rayon Mərkəzi Rayon Xəstəxanalarında yoxlamalar aparılıb.

Eyni zamanda müvafiq sənədlərə uyğun aparılmış dəyərləndirilmələr əsasında təcili tibbi xidmətin təşkilinə dair real vəziyyət haqqında ümumi hesabat hazırlanıb.

Qeyd edək ki, təşkil olunmuş monitorinqlər zamanı mütəxəssislər tərəfindən tibb müəssisələrinin əməkdaşları üçün təlimlər keçirilib.

Eləcə də oxuyun:

Teqlər:
TƏBİB, yoxlama, xəstəxana

Əsas mövzular