01:48 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
SƏHİYYƏ
Qısa URL
796250

Qatıqlı darçının bir çox mədə problemlərinə, həzmsizliyə kömək etdiyi də hələ qədim vaxtlardan bilinir.

Ən sağlıqlı qidalardan biri olan qatığa darçın tökülərsə, necə olar?

Xoş qoxusu və iştaha azaldan xüsusiyyəti ilə darçın metabolizmi sürətləndiricisi olan qatıqla birləşdikdə orqanizmimizdə nələr baş verər? Sputnik Azərbaycan ailem.az-a istinadən sizə bununla bağlı faydalı məlumat verir.

Müxtəlif xəstəliklərə faydası olan darçın qatıqla qarışdırıldıqda mükəmməl bir ətirlə pəhriziniz zamanı istifadə edəcəyiniz qida halına gəlir. Orqanizmin ehtiyacı olan sink və dəmiri qarşılayan bu qida aclığın qarşısını alır, metabolizmi sürətləndirir, arıqlamağa kömək edir, təzyiqi tənzimləyir, insanı daha gümrah edir.

Darçınlı qatığın hazırlanma qaydası:

Bir kasaya qatıq töküb, ona 2 çay qaşığı darçın əlavə edərək yeyə bilərsiniz. Bu asan qarışımla müxtəlif xəstəliklərinizdən də qurtula bilərsiniz. Qatıqlı darçının bir çox mədə problemlərinə, həzmsizliyə kömək etdiyi də bilinir.

Həmçinin oxuyun:

Asta qaçışın yeni faydaları aşkar edilib

Hər gün içdiyimiz qara çayın faydaları və ziyanları

Əsas mövzular