Mənşəyi bəlli olmayan əti satmaq istəyənlər saxlanılıb

© AFP 2023 / PUNIT PARANJPEМясник, фото из архива
Мясник, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.06.2021
Abunə olmaq
Gədəzeyxur kənd sakini Rudik Haqverdiyev Qusar şəhər sakini Rəhman Ərzimanova çəkisi 50 kiloqrama yaxın mənşəyi məlum olmayan, lakin at əti olmasına dair şübhələr olan əti satmaq istəyən zaman saxlanılıblar.

BAKI, 2 iyun — Sputnik. Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayonun Gədəzeyxur kənd sakini Rudik Haqverdiyev Qusar şəhər sakini Rəhman Ərzimanova çəkisi 50 kiloqrama yaxın mənşəyi məlum olmayan, lakin at əti olmasına dair şübhələr olan əti satmaq istəyən zaman saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində həmin əti mal əti adı ilə satmaq istədiklərini bildiriblər.

Kəsilmiş ətlərdən götürülən nümunələr laborator müayinəyə göndərilib.

Qeyd edilən faktla bağlı Qusar RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

 

 

Xəbər lenti
0