BAKI, 3 iyun — Sputnik. İyunun 1-də saat 13 radələrində 2019-cu il təvəllüdlü Fatimə Abbasovanın Qazax Müalicə Diaqnostika Mərkəzində ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Qazax Rayon Prokurorluğundan məlumat verilib.
Daxil olan məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə tibbi ekspertin iştirakı ilə baxış keçirilib.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, azyaşlı Fatimə Abbasova qeyd edilən Mərkəzdə cərrahiyə əməliyyatı olunması üçün anesteziya ilə bağlı intubasiya tədbirləri görülən zaman ölüb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Eləcə də oxuyun:
-
Bakıda bir neçə xəstəxana birləşdirilir
-
On beş yaşında ana olan qızla bağlı artıq müvafiq addımlar atılır, cinayət işi açıla bilər
-
Azərbaycanda uşaqlar arasında ölüm göstəricisi - Baş pediatr narazıdır