18:06 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
SƏHİYYƏ
Qısa URL
Bakının son xəbərləri (53)
18

"M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi" , "Xüsusiləşdirilmiş Angioloji Mərkəz"in ona qoşulması ilə yenidən təşkil olunur.

BAKI, 3 iyun — Sputnik. Bakıda daha bir neçə xəstəxana birləşdirilir. Sputnik Azərbaycan xəbər verir ki, "M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi" "Xüsusiləşdirilmiş Angioloji Mərkəz"in ona qoşulması ilə yenidən təşkil olunur. Bundan başqa, "K.Y.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu" "Uşaq Nevroloji Xəstəxanası" və "6 nömrəli Uşaq Klinik Xəstəxanası"nın ona qoşulması ilə yenidən təşkil edilir.

Qeyd edək ki, ötən ay "Kliniki Tibbi Mərkəz" publik hüquqi şəxs professor Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası, 3 nömrəli Uşaq Xəstəxanası və "Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evi" Publik Hüquqi Şəxsin ona qoşulması yolu ilə yenidən təşkil olunub. "Lökbatan Tibb Mərkəzi" Publik Hüquqi Şəxs 4 nömrəli Birləşmiş Uşaq Xəstəxanası hüquqi şəxsin ona qoşulması yolu ilə yenidən təşkil edilib. "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" Publik Hüquqi Şəxs "Respublika Uşaq Klinik Xəstəxnaası" Publik Hüquqi Şəxsin ona qoşulması yolu ilə yendiən təşkil edilib. "Nərimanov Tibb Mərkəzi" Publik Hüquqi Şəxs 7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 8 nömrəli Şəhər Poliklinikası,18 nömrəli Şəhər Poliklinikası və 6 nömrəli Uşaq Poliklinikası hüquqi şəxslərin ona qoşulması yolu ilə yenidən təşkil edilib.

"Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxs 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası və "2 nömrəli Doğum Evi" Publik Hüquqi Şəxsin ona qoşulması yolu ilə yenidən təşkil edilir.

"Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi Şəxs "1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası" Publik Hüquqi Şəxs, 2 nömrəli Şəhər Xəstəxanası, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Sumqayıt Uşaq Xəstəxanasının ona qoşulması yolu ilə yenidən təşkil edilir. Bu proses icbari tibbi sığortanın tətbiqi nəticəsində baş verir.

Eləcə də oxuyun:

Mövzu:
Bakının son xəbərləri (53)
Teqlər:
Bakı, birləşmə, xəstəxana

Əsas mövzular