14:26 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (412)
23 0 0

Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda son sutka ərzində koronavirus infeksiyasına yoluxma və ölüm sayını açıqlayıb. Rəqəmlərdə artım var.

BAKI, 21 fevral - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 (fevralın 20-də 144) yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 (fevralın 20-də 2) nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 233 129 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 227 761 nəfər müalicə olunaraq sağalıb, 3 198 nəfər vəfat edib, aktiv xəstə sayı 2170 nəfərdir. Son sutka ərzində 7 236, hazırkı dövrədək isə 2 551 116  test aparılıb.

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (412)
Teqlər:
ölənlər, yoluxma, artım, statistika, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular