12:37 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
SƏHİYYƏ
Qısa URL
21 0 0

İndiyədək ölkədə ümumilikdə 232 973 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 619 nəfər müalicə olunaraq sağalıb, 3 195 nəfər vəfat edib. Hazırda 2 159 aktiv xəstə var.

BAKI, 20 fevral - Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 147 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 973 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 619 nəfər müalicə olunaraq sağalıb, 3 195 nəfər vəfat edib. Hazırda 2 159 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 055, bu günə qədər isə ümumilikdə 2 543 880 test icra olunub.

Teqlər:
Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular